Qobustan rayon Mərkəzi kitabxanası

Qobustan rayon MKS

Yeni kitablar
Sabir İbrahimoğlu Bu Sevda Bitməz...
21 Avqust , 2018
Sabir İbrahimoğlu "Bu sevda bitməz..."Naxçıvan - 2017 "Əcəmi" Nəşriyyat-Poliqrafiya Birliyi, 240 səh. 
Kitabda şairin qədim Azərbaycan torpağına, Atabəylər dövlətinin paytaxtı olmuş Naxçıvana, şanlı tarix yaratmış qəhrəmanlara, bu torpağın qoynunda xehirxah əməlləri, əsərlərilə pozulmaz naxışlar salmış, izlər qoymuş ulu sənətkarlara, zaman-zaman Araz üstündə yaşayıb-yaradan insanların ölməz əsərləri olan tarixi abidələrə sevgisini, doğma yurda məftunluğunu, könül baxışlarını nəzmə çəkə bilmiş, poetik duyğularla gözəl şeirlər yaratmışdır.
Şair 2012-ci ildə nəşr olunan “Oxunmamış nəğmələr” kitabında toplanmış şeir və poemaların davamı olaraq vətən, xalq, torpaq, təbiət sevgisinə sadiq qalaraq yeni əsərlərini- şeir, qəzəl, poemalarını yazmışdır.
“Azərbaycan”, “Öndərin davamçısı”, ”Vətən səninlə bir”, ”Gedirsən gələcəyə”, “Bu sevda bitməz”, ”Şəhidlər xiyabanı”, ”Qürbət ölkələrdə qalxan bayrağım” və digər şeirlərində yurdumuzun qəhrəmanlıq tarixini və torpaq məhəbbətini iftixaq və qürürla qələmə almışdır.
Kitabın “Bayrağına büküb Vətən”, “Haqqın heykəlləri”, “Küləklərin izləri”, “Dünya sevənlərindi”, “Uşaq şeirləri”, “Qəzəllər.Poemalar”-(“Komandan”, “Mitinq”) başlıqları altında toplanan şeir və poemalar şairin təmiz, saf duyğuları ilə yaranmış ədəbi nümunələrdir.Onları oxuduqca şairin özünəməxsus yeni ifadələri, yaradıcı bir qəlbin istək, arzusu adamı çəkib poeziya aləminə aparır.