Qobustan rayon Mərkəzi kitabxanası

Qobustan rayon MKS

Yeni kitablar
Parlament Tariximizin Heydər Əliyev dövrü
21 Avqust , 2018
Parlament Tariximizin Heydər Əliyev dövrüAzərbaycan Respublikası Milli Məclisinin Nəşri Bakı 2013, 660 səh. 
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə “Parlament Tariximizin Heydər Əliyev dövrü” kitabı nəşr olunub.  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə nəşr olunan “Parlament Tariximizin Heydər Əliyev dövrü” kitabı ulu öndərin böyük siyasi fəaliyyətini əhatə edir. Dörd fəsildən ibarət kitabda Prezident İlham Əliyevin ulu öndərin yubileyi haqqında sərəncamı dərc edilib. Kitabın “Siyasi müdrikliyin Heydər  Əliyev zirvəsi” adlı I fəslində görkəmli dövlət xadiminin Azərbaycana ilk dəfə rəhbərlik etdiyi illərdə parlamentin o dövrkü imkanlarından məharətlə istifadə edərək respublikanın hərtərəfli inkişafı və gələcək müstəqillik üçün möhkəm zəmin yaratması istiqamətində göstərdiyi  misilsiz xidmətləri əksini tapıb. “Milli qurtuluş savaşının ön cərgəsində” adlı II fəsil Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrünə həsr olunub. “Müstəqil Azərbaycan naminə” adlı III fəsli isə Heydər Əliyevin Ali Sovetin Sədri kimi fəaliyyətindən və sonrakı mərhələdə onun rəhbərliyi ilə ölkədə hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolunda görülən işlərdən bəhs olunur.