Qobustan rayon Mərkəzi kitabxanası

Qobustan rayon MKS
Prezident İlham Əliyev
20 Avqust , 2021
26 avqust Beynəlxalq Muğam Günü  münasibətilə Qobustan rayon Mərkəzi Kitabxanada "Azərbaycan Muğam Dəstgahının tarixi kökləri" adlı musiqili bədii tədbir təşkil edilmişdir.Tədbirdə R.Behbudov adına Uşaq İncəsənət məktəbinin Xanəndəlik ixtisası üzrə müəllimi Qafur Ağayev tar ixtisası üzrə müəllimi Əlizadə Saatxan, gənc xanəndə Ağayev Behbudəli iştirak etmişdir Gənc xanəndə Behbudəli Ağayev Dilkəş, Mirzə Hüseyn segahını ifa etmiştir.
  Qafur Ağayev Azərbaycan muğamının ecazkar sirləri haqqında izləyicilərə ətraflı məlumat vermişdir.
Azərbaycan xalqı qədim, zəngin  və özünəməxsus mədəniyyət yaratmışdır.O, bədii yaradıcılığın ən müxtəlif sahələrində, o cümlədən musiqi yaradıcılığı sahəsində də qiymətli sərvətlər meydana gətirmişdir. Muğam dünya musiqi xəzinəsinin incisidir. Dünyada mövcud olan musiqi janrlarından fərqli olaraq, muğam bir çox xalqların milli-mədəni irsinin formalaşmasında və bugün ki,  dövrə qədər  gəlib çatmasında mühüm rol oynayıb. Muğam, Azərbaycan xalq musiqisi kimi öz kökü etibarilə Şərq musiqi mədəniyyətinin lap dərinliklərinə gedir. Muğamın ahəngi Quran oxuyan mouzəçilərdən, melodiyası fars saraylarında  çalınan musiqidən, ifa tərzi isə Azərbaycan aşıqları tərəfindən qoyulmuşdur.