Qobustan rayon Mərkəzi kitabxanası

Qobustan rayon MKS
Xəbərlər
26 Avqust , 2022
Bu gün Azərbaycanın Birinci Vitse Prezidenti hörmətli xanım Mehriban Əliyevanın ad günüdür.
Qobustan rayon Mərkəzi Kitabxana Sisteminin kollektivi adından hörmətli Mehriban xanımı ad günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona uzun ömür, saf can, mənalı və bərəkətli həyat arzulayırıq. Ad günün mübarək olsun !.
Mehriban xanım 1964-cü il avqustun 26-da Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Mehriban xanım Heydər Əliyev Fondunun Birinci Vitse Prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin Birinci müavini, UNESCO və İSESCO-nun xoşməramlı səfiridir. Vətənə sədaqət, milli dəyərlərə hörmət və ehtiyacı olanlara qayğı Mehriban xanım Əliyevanın fəaliyyətinin başlıca prinsipləridir.
Bu prinsipləri əsas tutan Mehriban xanım Əliyeva ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda çoxsaylı humanitar, mədəniyyət, təhsil, idman layihələrinin təşəbbüskarıdır. Həssas əhali qruplarına qayğıkeş münasibət, Qazi 9və Şəhid ailələrinin problemlərinin həlli Mehriban xanımın fəaliyyətində hər zaman prioritet istiqamət olub.
Azərbaycanda və ölkəmizdən kənarda azərbaycanlı qadının savadlı, qabaqcıl, müasir və eyni zamanda, tarixinə, adət - ənənələrinə bağlı obrazının yaranmasında Mehriban xanımın misilsiz xidmətləri var. Mehriban Əliyeva geniş ictimai-siyasi fəaliyyət göstərməklə yanaşı, qayğıkeş ana, mehriban insan, hümanist və sülhsevər xanım Liderdir.