Qobustan rayon Mərkəzi kitabxanası

Qobustan rayon MKS
Tədbirlər
29 Sentyabr , 2022
12 sentyabr 2022 ci ildə Qobustan rayon Mərkəzi kitabxanada Vətən müharibəsində yaralanmış qazilərlə görüş keçirilib. Tədbirdə Dövlət Himni səsləndirildi, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad edilib, bütün qazilərə buşəfa dilənib.
Mərkəzi kitabxananın direktoru Adilə Cəbrayılova qonaqları salamlayaraq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən , şanlı tarix yazan vətən oğullarının qəhrəmanlığından, Silahlı Qüvvələrimizin misilsiz rəşadətindən, hərbçilərimizin əzmkarlığından, xalqımızın mübarizliyindən, danışaraq əldə olunan uğurları Prezident-Xalq birliyinin şərtləndirdiyini xüsusi vurğulayıb.O, ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda hərbi əməliyyatlarda əsgər və zabitlərimizin göstərdikləri şücaətlərin hər birimizdə sonsuz iftixar hissi doğurduğunu qeyd edib.
Xidmət şöbəsində Multimedia üzrə mütəxəssis Vüsalə Şıxıyeva çıxış edərək bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və onun rəhbərlik etdiyi Azərbaycan Ordusunun əsgər və zabitləri böyük şücaət həyata keçirdilər. Artıq Qarabağ xalqımız üçün arzu deyil, reallıqdır. Bu reallığı yaradan və qələbəmizi təmin edən Ali Baş Komandanımız cənab İlham Əliyev başda olmaqla, fədakar əsgər və zabitlərimizə bütün Azərbaycan xalqı adından bir daha sonsuz minnətdarlığımızı bildirik.
Tədbirdə çıxış edən Vətən Müharibəsi qazilərimiz bildirib ki, onlar Vətən və dövlət qarşısında öz vətəndaşlıq borclarını yerinə yetiriblər. Bununla belə, Azərbaycan xalqının dəstəyi, yüzlərlə, minlərlə gəncin könüllü döyüşlərə yollanması onlara əlavə güc verib. Görüşdə qazilər dinlənilib, onların sual və təklifləri nəzərə alınıb. Vətən müharibəsi qaziləri onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər. Ardınca süfrə arxasında səmimi söhbətlər aparılıb və Vətən müharibəsinin unudulmaz təəssüratları xatırlanıb.

Foto Qalereya