Qobustan rayon Mərkəzi kitabxanası

Qobustan rayon MKS
Bakı 2015 Avropa Oyunları
15 Oktyabr , 2015

2015 Avropa Oyunları

 

Birinci Avropa Oyunları  - 12 iyun- 28 iyun 2015-ci il tarixində Azərbaycanın paytaxtı Bakıda və Mingecevirde keçirilmiş, bir çox innovativ idman növünü özündə cəmləşdirən ilk Avropa oyunlarıdır. Oyunlar Avropanın 50 Milli Olimpiya Komitəsini birləşdirən Avropa Olmipiya Komitəsi tərəfindən keçirilmişdir. Oyunlarda 50 ölkədən 20 idman növü üzrə 6000-dən çox idmançının yarışmışdır.

Şəhər seçimi

Tarixdə ilk Avropa Oyunlarının keçirilməsi barədə qərar 8 dekabr 2012-ci il tarixində, Romada baş tutmuş Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında qəbul edilib. Avropa Oyunlarının hər dörd ildə bir keçirilməsi planlaşdırılır, növbəti Oyunlar 2019-cu ildə baş tutacaq.

Baş Assambleya iştirakçıları arasında keçirilmiş gizli səsvermə nəticəsində 48 səsdən 38 səs ilə (əleyhinə 8 səs, bitərəf 2 səs) ilk Avropa Oyunlarının Bakıda keçirilməsi barədə qərar qəbul edilmişdir. Ermənistan nümayəndələri səsvermədə iştirakdan imtina ediblər.

Təşkilat

Bakıda keçiriləcək birinci Avropa Oyunlarından məsul olan Təşkilat Komitəsi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə qurulmuşdur. Komitəyə Azərbaycanın birinci xanımı, Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva sədrlik edir.

BAOƏK

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) Təşkilat Komitəsinin sədrinin qərarı ilə yaradılmışdır. BAOƏK-in baş icraçı direktoru gənclər və idman naziri cənab Azad Rəhimov və baş əməliyyat direktoru cənab Saymon Kleqdir.

İlk Avropa Oyunlarının Əməliyyat Komitəsi kimi BAOƏK Oyunların yüksək standartlara uyğun şəkildə planlaşdırılması, sınaqdan keçirilməsi və həyata keçirilməsi üçün bütün lazımi təcrübə və işçi qüvvəsini təmin etməyə görə məsuliyyət daşıyır Təşkilatın iş strukturu optimallaşdırılıb və görkəmli idman yarışlarını çox qısa planlaşdırma və sınaq müddətində həyata keçirməyə istiqamətləndirilib.

təşkil edir.

İnfrastruktur

2014-cü ilin iyun ayında, Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Naziri Bakı şəhərində azad Wi-Fi yaradılması ilə bağlı plan hazırladı.Layihənin parklar, stadionlar və ticarət mərkəzləri də daxil olmaqla Bakının bütün ictimai yerlərində yaradılması nəzərdə tutulur.

Viza siyasəti

Azərbaycan Respublikası Prezidentinin 8 Avqust 2014 tarixli fərmanına uyğun olaraq, əcnəbilər və daimi xarici ölkələrdə yaşayan vətəndaşlığı olmayan şəxslər Bakı 2015 Avropa Oyunlarına bilet aldıqları təqdirdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinə yaxınlaşaraq viza əldə edə bilərlər. İdarələr Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında yerləşir və bu prosedur 2 İyun 2015 tarixindən etibarən başlayacaq. Tamaşaçılardan bilet almaq və ya bilet alışına dair sənədin təsdiqini əldə etmək üçün Bilet satışı web səhifəsindən xüsusi formanı doldurmaları xahiş olunur. Gəldikdən sonra viza əldə etmək üçün bileti və ya biletin alınmasını təsdiq edən sənədi təqdim etmək lazımdır.

Könüllülər

Bakı Avropa Oyunları Əməliyyat Komitəsi tərəfindən Oyunlara 12,000 könüllünün cəlb olunması nəzərdə tutulur.  14 yanvar 2015-ci ildə Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi İlk Avropa Oyunlarında könüllülərin “Alov Qoruyanlar” (Flamekeepers) kimi tanınacaqlarını elan edib. Bu ad yarış ruhunun təbliğində könüllülərin mərkəzi rolunu əks etdirir və eyni zamanda, Odlar Yurdu Azərbaycana olan hörməti, Azərbaycan xalqının həyəcanını və mehribanlığını tərənnüm edir. Azərbaycan Respublikasının Gənclər və idman naziri və Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Baş icraçı direktoru cənab Azad Rəhimov deyib: “Avropa Oyunlarının könüllü proqramı gənclərin Bakı 2015 Avropa Oyunlarına qoşulması və beynəlxalq arenada Azərbaycanı dəstəkləməsi üçün gözəl imkan yaradır.” Oyunlar üçün 16,000-dən çox insan könüllü seçilmək üçün onlayn qeydiyyatdan keçmişdir. Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi həftəlik əsasda yüzlərlə müsahibələr aparır və iyun ayının 12-si Oyunlar başlayana qədər 12500 nəfər könüllünü işlərə cəlb edəcək. “Alov Qoruyanlar” Oyunlar ərzində əsas vəzifələri yerinə yetirəcək, o cümlədən idmançılar və rəsmi şəxslərə kömək edəcək, idman yarışlarında işləyəcək, tamaşaçılara və ya media nümayəndələrinə dəstək göstərəcəklər.

  Azərbaycan Gənclər Fondunun İcraçı direktoru və Bakı 2015 Avropa Oyunları Təşkilat Komitəsinin üzvü cənab Fərhad Hacıyev söyləyib: “Biz Avropanın ən gənc xalqlarından biriyik və “Alov Qoruyan” olmaq gənclərimizə ölkəmizin qonaqpərvərliyi və idman entuziazmına töhfə vermək üçün gözəl imkan yaradacaq.” Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq qeyd edib: “İstənilən böyük multi-idman oyunlarında idmançılar yarışın ürəyi və könüllülər isə ruhu hesab olunurlar.”

“Alov Qoruyanlar” Avropanın birinci multi-idman yarışlarına verəcəkləri töhfənin əvəzində yarış obyektlərinə pulsuz nəqliyyat xidməti, uniforma, qida və Bakı 2015 könüllü proqramının Rəsmi Tərəfdaşı olan Nar Mobile tərəfindən verilən SIM kartdan yararlanacaqlar

Avropa Oyunlarına həsr edilmiş mahnılar

·         AzTV-nin bu möhtəşəm tədbirə həsr etdiyi birinci klip Nigar Qarayeva və Abdulla Qurbaninin müəllifi olduqları “İlk Avropa oyunları” mahnısına çəkilib. Mahnını AzTV-nin solistləri Kamilə Nəbiyeva, Günay İmamverdiyeva, Ayşən Mehdiyeva, Mirələm Mirələmov, Sərxan Bünyadzadə, Orxan Hüseynli ifa ediblər

·         “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC tərəfindən hazırlanmış növbəti klip “Zəfər nəğməsi – İdman Azərbaycan” mahnısına çəkilib. Əsər Tofiq Əhmədov adına estrada-simfonik orkestri və Cahangir Cahangirov adına xorun müşayiəti ilə tanınmış vokalçı Ramil Qasımovun ifasında səslənib. Mahnının müəllifləri bəstəkar Nigar Qarayeva, polkovnik Abdulla Qurbanidir. Klipin quruluşçu rejissoru, Elnur Əliyev quruluşçu operatoru isə Elvin Rəhimlidir. “Zəfər nəğməsi – İdman Azərbaycan” mahnısı AzTV-nin bu möhtəşəm tədbirə həsr etdiyi ikinci klipdir

·         Musiqisi, Eldar Mansurova sözləri Vahid Əzizə aid olan “Avropa oyunları” mahnısı xalq artisti Heydər Anatollu, əməkdar artist Lalə Məmmədova,Cahangir Cahangirov adına xorun solistləri – Bəxtiyar Bağırov, Nicat Cəfərzadə, Aynur İsgəndərli  və Vaqif Mustafazadə adına “Sevil” vokal instrumental ansamblının ifasında lentə alınıb. Bu mahnının klipi də AzTV tərəfindən hazırlanır

·       AzTV-nin ictimaiyyətə təqdim etdiyi musiqisi Azad Zahid olan “Qələbə bizimlədir” mahnısını əməkdar artistlər Fərid Əliyev, Cahangir Qurbanov , Çinarə Şirin və Aygün Zeynalova ifa ediblər

·      1-ci ildə bəstəkar-müğənni, əməkdar artist, “Baku-2015” ilk Avropa oyunlarının ulduz elçisi Tünzalə Ağayeva İtaliya Fransanın tanınmış müğənnisi Kelli Coys ( Kelly Joyce) ilə birgə ifa etdiyi “Baku smiles” adlı musiqi layihəsinin təqdimatını həyata keçirib. Kelli Coys ilə duet şəklində ifa olunan mahnı Tünzalə Ağayevanın şəxsi təşəbbüsü ilə yaranıb və “Baku-2015” ilk Avropa oyunlarına həsr olunub. Mahnının sözləri İsmayıl Dadaşov , Zəhra Bədəlbəyli , musiqisi Tünzalə Ağayeva, aranjiman Emin Kərimova məxsusdur. Layihənin prodüseri “Just imagine” şirkəti, təşkilatı dəstək isə BAOƏK-dir (Bakı Avropa Oyunları Əməliyyat Komitəsi)

·         Müğənni Samira Allahverdi “Bakı 2015” Avropa Oyunlarına həsr olunan “Çağırış” mahnısına çəkdirdiyi klipi təqdim edib. İfaçı Jessie J-nin “Thunder” mahnısına Azərbaycan dilində sözlər yazdırıb. Şeirin müəllifi Sevinc Şirindir. “Çağırış” adlı mahnıya klipi rejissor Ülviyyə Könül çəkib

·         Müğənnilər  Samir Cəfərov və Sevda Ələkbərzadənin  ifa etdiyi Bakıda keçirilən İlk Avropa Oyunlarına həsr olunmuş mahnı ASAN Könüllülər Birliyinin təşəbbüsü ilə ərsəyə gəlib. Mahnının klipində də həmçinin ASAN-ın və İlk Avropa Oyunlarının Təşkilat Komitəsinin könüllüləri çəkiliblər. Mahnının sözləri Yazçılar Birliyinin üzvü Cəlal Qurbanova, musiqisi Muxtar Abseynova aiddir. Mahnı həmçinin ingilis dilinə də tərcümə olunub. Tərcümə Nigar Həsənzadəyə məxsusdur. Bundan başqa, ASAN Könüllələrinin təşəbbüsü ilə İlk Avropa Oyunları ilə bağlı flayerlər də hazırlanıb. Flayerlərdə mahnının hər iki dildə sözləri əks olunubHəmçinin 7 iyun 2015-ci ildə Dənizkənarı Milli Parkda  Bakı 2015 Birinci Avropa Oyunlarına həsr edilmiş və ASAN və BEGOC könüllüləri, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, həmçinin  AzTV-nin tərəfindən təşkil edilmiş "İlk Avropa Oyunları qədim Bakı torpağında" adlı konsert proqramında xalq artisti Samir Cəfərov , əməkdar artist Sevda Ələkbərzadə  və Azərbaycanı 2015 Avroviziya Mahnı Müsabiqəsində  təmsil etmiş elnur Hüseynov  "İlk Avropa Oyunları qədim Bakı torpağında" adlı mahnını duet şəklində səsləndiriblər."Natiq Ritm" qrupu da onları müşayiət edib. Mahnı həm ingilis, həm də Azərbaycan dilində səsləndirilib

·          Röya Ayxanın ifa etdiyi “Bakı 2015” Avropa Oyunlarına həsr olunan mahnı “Bakı-2015” adlanır. Sözləri və musiqisi Muxtar Abseynova aid olan mahnıya klipi Etibar Babayev çəkib. Röya Ayxanın klipində pərəstişkarlarını da görmək mümkündür. Ekran işinin çəkilişləri Dağüstü parkda aparılıb

·         Müğənni Sevil-Sevinc bacıları “Bakı-2015” birinci Avropa Oyunlarında idmançılara dəstək olmaq üçün “Avropa oyunları” adlı mahnı ifa ediblər. Avropa Oyunlarına həsr sdilmiş mahnının sözləri Aqşin Fərəhə, musiqisi Tahir Abdullayevə məxsusdur. Mahnının muğam hissəsini əməkdar artist Təyyar Bayramov oxuyub. Nazim Şərbətov mahnıya klip çəkib. Klipdə karate üzrə dünya çempionları Rafael Ağayev  və Şahin Atamovun məşq prosesləri də yer alıb. Layihənin ideya müəllifi Sevinc-Sevil bacılarının prodüseri Mehri Əliquliyeva, təşkilatı dəstəyi isə Xəzər Televiziyasıdır. 

·         Azərbaycanın əməkdar artisti Manana Çaparidze  Bakı-2015 Avropa Oyunlarına həsr edilmiş mahnı ifa edib. “This is my time” (“Mənim zamanımdır”) adlanan mahnının müəllifi ingilis bəstəkarı Çarlzdır. Klipin rejissoru Nail Naiboğludur. Mahnının ekranlaşdırılması üçün 20 saat çəkiliş gedib. Klipdə 7 məkandan istifadə olunub.

·         Əməkdar artist Elza Seyidcahan  “Bakı 2015” Avropa Oyunlarına “Qələbələr bizimdir” adlı mahnı həsr edib. Mahnının sözləri ,İsmayıl Dadaşova musiqisi isə Siruz Abasbəyliyə aiddir. Elza Seyidcahanı klipində skripkada oğlu Ələkbər Qasımov müşayiət edir. Klipin rejissoru Rövşən Əliyevdir. İfaçının geyimini Fransada yaşayan Mübariz Allahverdizadə hazırlayıb. "Bu paltarın özəlliyi ondadır ki, qollar çıxanda Türkiyə bayrağı, qollar taxılanda isə Azərbaycan bayrağı olur”, - deyə müğənni bildirib. O, həmçinin bu tədbirə sözləri Rəşad Məcidə, musiqisi isə özünə məxsus olan “Olimpiya himni” adlı əsər həsr edib

·         1970-ci ildə Lənkəran rayonunun Seperadi kəndində altı bacı tərəfindən yaradılan, repertuarında 100-ə qədər bayatı və mahnı olan  Nənələr ansamblı birinci Avropa Oyunlarının açılışına “Yaşa Azərbaycan” adlı mahnı həsr edib

Açılış mərasimi[

Əsas məqalə: 2015 Avropa Oyunlarının açılış mərasimi

Açılış mərasimi 12 iyun tarixində Bakı vaxtı ilə saat 20:15-də Bakı Olimpiya Stadionunda 68000 tamaşaçı və dünya üzrə milyonlarla televiziya izləyicisi qarşısındaAfina 2004 Olimpiya Oyunları Mərasimlərinin bədii direktoru olmuş tanınmış incəsənət xadimi, xoreoqraf və aktyor Dimitris Papaioannounun rəhbərliyi altında həyata keçirilib. Cənab Papaioannou Afina 2004 Olimpiya Oyunlarındakı işindən sonra Yunanıstanın Prezidenti tərəfindən görkəmli yaradıcılıq nailiyyətlərinə görə Qızıl Xaç Şərəf Ordeninə layiq görülmüşdür. Həmin vaxtdan o, bütün dünya üzrə həyata keçirilən və yüz minlərlə tamaşaçını birləşdirən bir sıra təməlqoyma mərasimlərinin yaradıcı müəllifi olmuşdur. Cənab Papaioannou demişdir: “Bakı 2015-in Açılış Mərasiminin təşkili üçün təyin olunmağım mənim üçün həm şərəfdir, həm də həlli çətin, lakin maraqlı vəzifədir. Mənim arzum Azərbaycanın mədəni irsinə xas olan əsas elementlərdən istifadə edərək müasir, yeni və oynaq, lakin mədəniyyətin zənginliyinə və dərinliyinə hər zaman hörməti əks etdirən yolla bir ümumbəşəri hekayə yaratmaqdır.”

Bakı 2015-in Baş İcraçı Direktoru və Azərbaycan Respublikasının Gənclər və İdman Naziri cənab  Azad Rəhimov  demişdir: “Bakı 2015 Avropa Oyunlarının Açılış və Bağlanış Mərasimləri Bakını və Azərbaycanı dünyaya nümayiş etdirmək üçün gözəl imkandır. Mən əminəm ki, möhtəşəm idman tədbirlərinin Azərbaycanın fəxr edə biləcəyi səviyyədə keçirilməsi üçün mövcud komandamız bizə kömək edəcək.”

Bakı 2015-in Mərasimlər üzrə direktoru xanım Katerin Uqvu bildirib: “Cəlb ediləcək 6000 nəfər könüllü iştirakçı Avropa Oyunlarına ev sahibliyi edən Azərbayanın tarixi boyu ərsəyə gətirdiyi ən böyük canlı şouda çıxış etmək imkanı qazanacaq. Bakı 2015 Avropa Oyunlarının Açılış Mərasimində Azərbaycan incəsənətinin, mədəniyyətinin və nailiyyətlərinin ən böyük uğurları nümayiş etdiriləcək və idmançılar Bakıda salamlanacaq. Bu qədər həvəsli iştirakçını bir arada görmək mükəmməl bir hiss idi.

Açılış və Bağlanış Mərasimlərinin təşkili üçün ABŞ-ın FiveCurrents şirkəti ilə müqavilə bağlanmışdır. , Cənab Skot Givens və cənab Mark Ponçer tərəfindən idarə olunan qabaqcıl şirkət FiveCurrents Açılış və Bağlanış Mərasimlərinin təşkili üçün təyin edilmişdir. FiveCurrents Soçi 2014 Qış Olimpiya Oyunlarının mərasimlərini, Rio 2007 və Quadalacara 2011 Pan Amerika Oyunlarının mərasimlərini, Sinko de Mayonun 15-ci ildönümünü və Rio de Janeyroda Reveillon Kopakabana Yeni il Şənliyini həyata keçirmişdir. FiveCurrents şirkətinin prezidenti və icraçı prodüsseri cənab Givens demişdir: “Bakı 2015 Avropa Oyunlarının Açılış və Bağlanış Mərasimlərinin təşkilinin bizə tapşırılması bizim üçün şərəfdir və bu bizi son dərəcə sevindirir. Bakını dünya səhnəsində nümayiş etdirmək və unudulmaz idman və bəşəriyyət bayramını həyata keçirmək üçün biz Dimitris Papaioannou kimi yaradıcı istedada malik biri ilə işləməyi səbirsizliklə gözləyirik.”

Bakı 2015-in Mərasimlər üzrə Direktoru xanım Katerin Uqvu demişdir: “Biz Dimitrisi və FiveCurrent komandasını Bakıda salamlamaqdan çox məmnunuq. Dimitrisin bədii təxəyyülü ilə FiveCurrent-ın təcrübəsi Açılış Mərasiminin unikal və unudulmaz olmasını təmin edəcək. 6000 könüllü ifaçı Azərbaycanda indiyə qədər keçirilmiş ən böyük canlı tamaşanın iştirakçısına çevrilməklə yadda qalan təəssüratlardan zövq alacaqlar.”

Bağlanış mərasimi

 

Bağlanış Mərasimi 28 iyun tarixində Olimpiya Stadionunda həyata keçirildi.