Qobustan rayon Mərkəzi kitabxanası

Qobustan rayon MKS
Prezident İlham Əliyev
16 Oktyabr , 2015

İlham Əliyev  

(d. 24 dekabr 1961Bakı,Azərbaycan SSRSSRİ) — Azərbaycanın dövlət, siyasi və olimpiya hərəkatı xadimi,Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti (1997-ci ildən), Azərbaycan Respublikasının Baş Naziri(2003), Azərbaycan Respublikasının Prezidenti(2003-cü ildən), Yeni Azərbaycan Partiyasının Sədri (2005-ci ildən).

Həyatı

İlham Əliyev 1961-ciil dekabrın 24-də Bakı şəhərində anadanolmuşdur. 1967-1977-ci illərdəBakı şəhərindəki 6 saylı orta məktəbdə təhsil almışdır.

1977-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olmuşdur. Oranı bitirdikdən sonra institutun aspiranturasına qəbul edilmiş,1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi almışdır.

1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllim işləmişdir.1991-1994-cü illərdə özəl biznes sahəsində çalışmışdır. Bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik etmişdir.

1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, birinci vitse-prezidenti olmuşdur. Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak etmişdir.

Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir. Siyasi elmlər doktorudur.

1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmişdir.2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam vermişdir.

1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilmişdir.

1999-cü ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilmişdir.

2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olmuşdur.

2003-cü ilin yanvarında Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilmişdir

2004-cü ilin aprelində AŞPA-nın fəaliyyətində fəal iştirakına və Avropa ideallarına sədaqətinə görə AŞPA-nın fəxri üzvü diplomu və AŞPA medalı ilə təltif edilmişdir.

2003-cü il avqustun 4-də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin edilmişdir.

2003-cü il 15 oktyabrda Azərbaycan Republikasının Prezidenti seçilmişdir. Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs vermişdir. 2003-cü iloktyabrın 31-də vəzifəsinin icrasına başlamışdır.

2008-ci ildə yenidən prezident seçilmişdir. 2013-cü ildə üçüncü müddətə prezident seçilmiş və hazırda prezident vəzifəsini icra edir.

Rusingilis və fransız və dillərini bilir.

Ailəlidir. Üç övladı, dörd nəvəsi vardır.

Mükafatları

·         28.04.2005 — Flag of Azerbaijan.svg "Heydər Əliyev" ordeni

·         Flag of Saudi Arabia.svg "Kral Əbdüləziz" ordeni

·         Flag of Georgia.svg "Şərəf" ordeni;

·         Flag of Kuwait.svg "Mübarək əl-Kəbir" ordeni;

·         Flag of France.svg "Üç ulduz" ordeninin "Böyük xaç kavaleri" dərəcəsi.

·         Flag of Bulgaria.svg Bolqarıstan Respublikasının ali mükafatı - "Stara Planina" ordeni[

·         Flag of Belarus.svg Belarus Respublikasının Dostluq ordeni

·         Flag of Turkey.svg Beynəlxalq münasibətlər və sülh naminə İhsan Doğramacı mükafatı;

·         Flag of Romania.svg "İlin adamı" - 2010-cu ilin noyabr ayında Buxarest şəhərində Rumıniyanın "Balcanii şi Europa" ("Balkanlar və Avropa") jurnalı tərəfindən təqdim edilib. .

·         Flag of Greece.svg Yunanıstan parlamentinin Qızıl medalı;

·         Flag of Azerbaijan.svg "Şeyxülislam" ordeni;

·         Flag of Russia.svg