Qobustan rayon Mərkəzi kitabxanası

Qobustan rayon MKS
Rayon haqqında
19 May , 2016
1 May , 2015

Qobustan rayonu — 1990-cı ildə Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə yaradılan yeni ərazi-inzibati vahidlərdən biridir. İnzibati mərkəzi  Mərəzə qəsəbəsi olmuşdur.  Mərəzə rayonun əsas magistral yolunun yaxınlığında yerləşir.

 Bir rəvayətə görə bu şəhərin adı ("mərəz") nüfuzlu şəxslərdən birinin sevimli arvadı burada məskənləşərək sağaldığına görə bu hadisədən sonra belə adlandırılmışdır. Bu rəvayətin həqiqət olub olmadığını heç kəs bilmir, lakin Mərəzə yaxınlığında bir mineral su bulağı var. Onun suyu şor və acı olmasına baxmayaraq müəyyən mədə bağırsaq xəstəlikləirini sağaldır.[1]

Mərəzə qəsəbəsi 25 aprel 2008-ci ildən Qobustan şəhəri adlandırılır. Nərimankənd kəndi Qobustan qəsəbəsi ilə birləşdirilmişdir.

Qobustan rayonu Şamaxıdan şərq tərəfdə, Bakıdan 101 km aralıda yerləşir.

Məşhur Şıx düzü kurqanları, b.e.ə. 1-8-ci əsrlərə aid olan, indiki Dağ Kolanı kəndinin qədim ticarət yollarında yerləşmiş qədim insan məskənlərinin qalıqları, şəhərin ətrafındakı Diri Baba türbəsi (15-ci əsr); şəhərin lap mərkəzində yerləşən Şah Abbas Karvansarasının qalıqları göstərir ki, bu yerlərdə ən qədim dövrlərdə insan məskənləri olmuşdur.

Burada lap qədimdən xalça toxumaqla məşğul olurdular. Yerli "Mərəzə", "Çuxanlı", "Çemcemli", “Nabur”, “Çalov” xalçalarının naxışları butun dünyada məşhurdur. Rayonun bəzi kəndlərində  xalçaları hələ də əl ilə toxuyurlar.

Mərəzə kiçik şəhərdir. Burada mehmanxana yoxdur. Ona görə də burada yaşamaq üçün otaq və ya xüsusi ev kirayələmək olar.

Rayonun iqlimi əsas etibarı ilə yarımsəhra iqlimidir. 

Böyük Qafqaz dağlarının şərq və cənub-şərq ətəklərində azərbaycan Respublikasının şərq hissəsində yerləşir. 

Geoloji baxımdan Qobustanda məhsuldar qat neft və qazla zəngindir. Bunların təbii göstəriciləri palçıq vulkanlarıdır. Qobustanda da təbii halda Nabur, Hilmilli (Xilmilli), Cəyirli Şorsulu, Ərəbqədim, Şeyxzərli, Kolanı və s. palçıq vulkanlarında təzahür edir.

Rayonda müxtəlif tikinti materialları ehtiyatı (əhəngdaşı, qum, çınqıl), sənaye əhəmiyyətli gillər, vulkan külü, gips, şist və s. ehtiyatı vardır.

Rayonun hazırda Mərkəzi Qobustan şəhəridir. Rayonda 1 şəhər, 1 qəsəbə, 15 kənd ərazi dairəsi, 31 kənd yaşayış məntəqəsi vardır.