Qobustan rayon Mərkəzi kitabxanası

Qobustan rayon
Dunyanin ən məşhur və ən boyük kitabxanaları
19 May , 2016

 

 

Dünyanın ən məşhur kitabxanaları

 

1. ABŞ-ın milli kitabxanası – Konqress kitabxanası dünyanın ən böyük kitabxanaalrından biridir. Bu kitabxana Vaşinqtonda yerləşir və ABŞ konqressinin elmi kitabxanası hesab edilir. Dünyanın ən böyük kitabxanalarından olan bu möhtəşəm məkan hökumət orqanlarına, tədqiqat müəssisələrinə, elmi işçilərə, özəl şirkətlərə və sənaye şirkətlərinə, məktəblərə xidmət edir.

2. Sansovino kitabxanası.

3. Corc Pibodi kitabxanası (George Peabody Library), Baltimor, ABŞ.

4. Library of the Benedictine Monastery of Admont, Avstriya.

5. Sietl mərkəzi kitabxanası (Seattle Central Library) Vaşinqton ştatında Sietl şəhərində yerləşir. Bu çüçədən və poladdan ibarət 11 mərtəbəli binadır.

6. Avstriyada dövlət kitabxanası (Stiftsbibliothek Klosterneuburg). Klosternoyburq Avstriya şəhəri Vyananın şimal-qərbində yerləşir. Əhalisinin sayı – 24 797 insandır.

7. Hersoq Avqust kitabxanası (Herzog August Bibliothek) – ali təhsilli hersoq kiçik Wolfenbüttel Avqustun kitab toplusudur.

8. Parlament kitabxanası – (Library of Parliament),  Ottava, Kanada – Kanadanın əsas informasiya xəzinəsi hesab edilir. Kitabxana kolleksiyası özündə yaşı 100 ildən çox olan 600000 nümunəni əks etdirir.

9. Real Gabinete Portugues De Leitura, Rio-de-Jeneyro, Braziliya.

10. Cey Uolkerin şəxsi kitabxanası (Jay Walker’s Private Library). 1990-cı ildə Uolkerlər ailəsi öz evini şəxsi kitabxanaya çevirdi vəərazisi 330 kvadrat metrə bərabər idi. Uolker kitabxanası ümumilikdə kitablar, atlaslar, kosmik araşdırmalar ilə bağlı artefakt və modellərlə zəngindir.

 

Dünyanın ən böyük 10 kitabxanası

İndiki vaxtda artıq yolumuz kitabxanalara çox düşməsə də, hələ də məşhurluğunu qoruyan və ildə milyonlarla adamın ziyarət etdiyi kitabxanalar mövcuddur. Kompüter və internet texnologiyası həyatımızı bu ölçüdə ələ keçirmədən əvvəl kitabxanalar hər cür məlumata çata biləcəyimiz yeganə yerlər idi. Zamanla insanoğlu texnologiya sayəsində istədiyi məlumata çatmaq üçün kitabları istifadə etməni buraxıb daha asan və sürətli olan bu texnologiyanı istifadə etməyə başladı. Çox qısa bir müddət içərisində kitabxanalar funksiya dəyişdirib yalnız muzey olaraq istifadə edilsə, buna heç kimin təəccüb edəcəyini sanmırıq. Onsuz da dünya daxilində var olan kitabxanalara baxdığımızda, yalnız çox böyük və məşhur olan kitabxanalar insanlar tərəfindən ziyarət edilməkdə və bunların bir çoxu ehtişamlı binaları və ya nəhəng rəfləri sayəsində insanların marağını çəkməkdədir. Bu yazımızda sizlər üçün içərisində saxladığı qaynaq sayına görə ən böyük kitabxanaları yığdıq. Dünyanın ən böyük 10 kitabxanası bunlardır:

  1. Rusiya Elmlər Akademiyası Kitabxanası (Sant Peterburq)

1714-cü ildə Rusiyanın Sant Peterburq şəhərində açılan Rusiya Elmlər Akademiyası Kitabxanası, arxivində 26,5 milyon qaynaq saxlamaqdadır. 1783-cü ildən bu yana ölkədəki bütün naşirlər qanuni olaraq nümayiş olunan hər kitabın ödənişsiz bir surətini kitabxanaya vermək məcburiyyətindədirlər. Beləcə kitabxananın hər keçən gün daha da zənginləşməsi zəmanət altına alınmışdır. Kitabxana 15 fevral 1988-ci il tarixində çox böyük bir yanğın fəlakəti yaşadı və kolleksiyanın əhəmiyyətli bir hissəsi ziyan gördü.

  1. Çin Milli Kitabxanası (Pekin)

 Çin Milli Kitabxanası, sahib olduğu 29 milyon qaynaq sayəsində Asiyanın ən əhatəli kitabxanalarının başında gəlməkdədir. 24 aprel 1909-cu il tarixində şəhər kitabxanası adı altında qurulmuş və Çin inqilabının ardından açılmışdır. 1928-ci ildə adı Pekin Milli Kitabxanası olaraq dəyişdirilmiş, daha sonra isə bugünkü adını almışdır. Kitabxana arxivində Şanq Xanədanından qalma 35 mindən çox kitab, kəhanət sümükləri və tısbağa qabıqlarından ibarət bir kolleksiya var.

 Danimarka Krallığı Kitabxanası (Kopenhagen)

 Kral 3-cü Frederik tərəfindən 1648-ci ildə qurulmuş, ancaq 1793-cü ildə xalqın istifadəsinə verilmişdir. Tərkibində 30,2 milyon qaynaq saxlayan kitabxana Skandinaviyanın ən böyük kitabxanasıdır. 17-ci əsrdən etibarən Danimarkada çap olunan bütün əsərləri burada tapa bilərsiniz. Kitabxanada olan şərq yazmaları kolleksiyası, dünyanın ən yaxşı kolleksiyaları sırasında qəbul edilməkdədir.

 Fransa Milli Kitabxanası (Paris

 1461-ci ildə krallıq kitabxanası adı altında qurulan Fransa Milli Kitabxanası, sahib olduğu 31 milyon qaynaq ilə Avropanın ən zəngin kitabxanalarındandır. Kitabxana Fransada nümayiş olunan bütün nəşrləri arxivində saxlayır və qoruyur. Kitabxana ayrıca arxivində 5 min ədəd Yunan əlyazmalarından ibarət olan  bir kolleksiyaya da malikdir.

  1. Milli Diyeta Kitabxanası (Tokio)

 1948-ci ildə qurulan kitabxana siyahıdakı ən gənc ikinci kitabxanadır və kitabxanada 35,6 milyon qaynaq var. Kitabxana tərkibində ayrıca, Yaponiya başda olmaqla bir çox ölkəyə aid, təxminən 440 minə yaxın geoloji, topoqrafik, hidrolik xəritə və cədvəllərdən ibarət kolleksiya var.

 Rusiya Milli Kitabxanası

 1795-ci ildə qurulan kitabxana arxivində 36,5 milyon qaynaq saxlamaqdadır. Zəngin Osmanlı əlyazmalar arxivi olan kitabxanada ayrıca, 10 ədəd 300 illik Osmanlı kitabələrinin də içində olduğu antik  Yunan və Ərəb kitabələrindən ibarət olduqca zəngin kolleksiya mövcuddur.

 Rusiya Dövlət Kitabxanası (Moskva)

 1862-ci ildə qurulan kitabxanada 44,4 milyon qaynaq var. Bunlar arasında 13 milyon jurnal, 350 min musiqi – səs yazıları və ayrıca 150 min xəritədən ibarət, 247 fərqli dildə olan kolleksiya mövcuddur.

 Nyu-York Xalq Kitabxanası (Nyu-York)

 1895-ci ildə qurulan kitabxanada 53,1 milyon qaynaq var. Bir çox filmə ev sahibliyi edən bu kitabxanada çəkilən bəzi filmləri belə sıralaya bilərik:

2002 istehsalı Hörümçək Adam

1984 istehsalı Qarabasma Ovçuları

2002 istehsalı Zamanda Səfər

2004 istehsalı Sabahdan Sonra

1933 istehsalı 42-ci küçə

1948 istehsalı Cenninin Portreti

1961 istehsalı Tiffanidə Nahar

 İngilis Kitabxanası (London)

 1973-cü ildə qurulan kitabxanada 150 milyon qaynaq var və bu xüsusiyyəti ilə avropanın ən böyük və ən əhatəli kitabxanasıdır. Eyni zamanda dünyanın ən böyük əlyazmalar kolleksiyasına da ev sahibliyi edən muzeydə bu əlyazmalar, həftənin 7 günü açıq olan Sör Con Ritblat Qalereyasında xalqa nümayiş olunmaqdadır. 1840-cı ildən bu yana İngiltərə və İrlandiyada nümayiş olunan qəzetlərin bütün nümunələrini bu muzeydə tapa bilərsiniz.

 Konqres Kitabxanası (Vaşinqton DC)

 Dünyanın ən böyük kitabxanası olan Konqres Kitabxanası, 1800-cü ildə qurulmuşdur və arxivində 150 milyon qaynaq saxlamaqdadır. 1812-ci ildə baş vermiş müharibədə tamamilə xarab olan kitabxana bütün kolleksiyasını itirdi. 1815-ci ildə Tomas Cefferson kitabxanasında olan kitabların bura nəqliyyatı sayəsində təkrardan böyüməyə başlamış və bu böyümə gündən-günə sürətlə davam etmişdir. Dünyanın ən böyük hüquqi sənədlər kolleksiyasına ev sahibliyi edən kitabxanada 4,8 milyon xəritə və 2,7  milyon səs yazılarından ibarət nəhəng kolleksiyalar da mövcuddur.