Qobustan rayon Mərkəzi kitabxanası

Qobustan rayon MKS
Haqqımızda
19 May , 2016

Qobustan rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi 1991-ci ildə Mərəzə qəsəbə kitabxanasının əsasında və binasında yaradılmışdır. O zaman MKS-də 23 kitabxana filialı, 1 mərkəzi kitabxana və 1 mərkəzi uşaq kitabxanası fəaliyyət göstərirdi.

Hal-hazırda kitabxananın mərkəzi kitabxana, mərkəzi kitabxananın uşaq şöbəsi, 14 kənd kitabxana filial və 50 ( texniki işçilər istisna olmaqla) nəfər kitabxana işçisi vardır. MKS-nin kitab fondu ümumulikdə 157881 nüsxədir.2015-ci ildə bu fondlardan 15235 nəfər oxucu istifadə etmişdir.Həmin ildə kitab verlişi 186985 nüsxə olmuşdur.Hazırda həmin kitabxanalar rayonun 44468 nəfər əhalisinə xidmət işini həyata keçirir.

MKS-nin 157881 kitab fondunun 39485 nüsxəsi latın, 100683 nüsxəsi kiril qrafikalı, 14432 nüsxəsi rus dilində, 3281 nüsxə digər dillərdə olan kitablardır.Bunlardan 644 ədədi elektron nəşrlərdir.

2015-ci ildə MKS-yə 1278 nüsxə kitab daxil olmuşdur. Bunlardan 128 nüsxə M.F.Axundov adına kitabxanadan, 855 nüsxə Respublika Kitabxana Kollektorundan daxil olmuş ,13 nüsxə kitab ayrı-ayrı vətəndaşlardan, Milli Elmilər Akademiyasından 143 nüsxə, Ombtusman Elmira Süleymanova tərəfindən 132 nüsxə, Milli Təhlükəsizlik Nazirliyindən 7 nüsxə ədəbniyyat daxil olmuşdur.Bunlardan 1 ədəd elektron nəşrlərdir.Fondlar üzrə elektron nəşrlərin sayı 644 nüsxədir. Həmin nəşirlərdə kitabxana qaydası ilə işlənərək Mərkəzi kitabxanaya və kitabxana filiallarına verilmişdir.

2015-iü ildə Qobustan rayon MKS-nin 6 nəfər kitabxana işçisi Mədəniyyət İşçilərinin Respublika Hazırlıq və İxtisasartırma Mərkəzində ixtisasını artırmış, 1 nəfər kitabxana işçisi isə M.F.Axundov adına Milli kitabxanada təcürbə keçmişdir.

Mərkəzi Kitabxananın 26 əməkdaşı var. Bunlardan 1 nəfər ali ixtisas təhsilli, 4 nəfər orta ixtisas təhsilli, 1 nəfər qeyri orta ixtisas təhsilli, 20 nəfər isə ümumorta təhsillidir.

MKS-nin Xidmət şöbəsi.

Mərkəzi kitabxananın Xidmət şöbəsinin 6 əməkdaşı var. Kitabxananın Xidmət şöbəsi respublikanın ictimai-siyasi və mənəvi həyatında, milli ideologiya və azərbaycançılıq ideyalarının təbliğində yaxından iştirak etmiş və tədbirlər hazırlamışdır. Kitabxanada təşkil edilən yeni kitabların təqdimat mərasimləri , ənənəvi kitab bayramları ,kitab müzakirələri, daimi və tematik kitab sərgiləri, oxucu konfransları, görüşlər və s. mövzularda tədbirlər keçirilmişdir. Kitabxananın keçirdiyi “20 yanvar”, “Xocalı faciəsi”, “Müstəqilliyimiz əbədidir”, “Heydər Əliyevin 92 illiyi”, “Prezidentin gənclərə qayğısı və gənclərin Prezidentə etimadı”, “YAP-Azərbaycanın tərəqqisi və milli birlik naminə mübarizənin ön sırasında”, “Dövlətçiliyimiz və müstəqilliyimizin rəmzi”, “Zəlimxan Yaqubun 65 illiyi”, “Rəsul Rzanın105 illiyi”, “Faşizm üzərində qələbə”,”Bəxtiyar Vahabzadənin 90 illiyi”, “İşğal olunmuş rayonların

anım günləri”, “Konstitusiya günü”, “Narkomaniya, müasir yeniyetmələr, uşaq hüquqları”, “Ölməzliyə abidə”, “Milli Qurtuluş - Milli lider” və s. tədbirlər oxucuların böyük marağına səbəb olmuşdur. Kitabxanada daimi olaraq Azərbaycan dövlətçiliyiyini, ulu öndər Heydər Əliyevin əsərlərinin, məruzə və çıxışlarının təbliği üçün xüsusi daimi sərgilər təşkil olunmuşdur. Xidmət şöbəsi 2091 nəfər oxucuya xidmət etmişdir. Oxuculara xidmət işinin təşkilində, kitabxananın fəaliyyətində böyük keyfiyyət dəyişiklikləri baş vermiş, kitab fondunun dövriyyəsi xeyli yüksəlmişdir. Oxuculara 25140 nüsxə kitab verilmişdir. 2015-ci ildə Xidmət şöbəsinin fonduna 271 nüsxə kitab daxil olmuşdu. Hal-hazırda şöbənin fondunda 14223 nüsxə kitab var.

Şöbənin nəzdində oxu zalı da fəaliyyət göstərir. Oxu zalında oxuculara kompyüterlərlə xidmət göstərilir. Oxucuların sorğusu əsasında tələb olunan mövzulara aid materiallar axtarılıb tapılır və onların istifadəsinə verilir.Oxu zalında rayonumuzda mövcud olan Müassir Qadın və Cəmiyyət İctimai birliyinin qadınların problemlərinə həsr edilmiş müxtəlif tədbirləri keçrilmişdir. Gənclərdə Hərbi Vətənpərvərlik tərbiyyəsini aşlamaq üçün gənc oxucularla , rayon veteranlar şurasının görüşü keçrilmişdir.Qobustan rayon Mədəniyyət İşçiləri Həmkarlar Komitəsinin mədəniyyət işçiləri ilə tez-tez müxtəlif tədbirlər,Sağlam həyat tərzi uğurunda devzi altında kitabxana işçilərinin tibb işçiləri ilə müxtəlif mövzularda görüşləri və söhbətləri aparılmışdır.Mərkəzi kitabxananın Rayon İdman və Gənclər təşkilatı ilə birgə keçirdiyi müxtəlif tədbirlər Oxu zalında təşkil edilmişdir.