Qobustan rayon Mərkəzi kitabxanası

Qobustan rayon MKS
Haqqımızda
19 May , 2016

 

                                                  MKS-nin Xidmət şöbəsi.

    Mərkəzi kitabxananın Xidmət şöbəsinin 6 əməkdaşı var. Kitabxananın Xidmət şöbəsi respublikanın ictimai-siyasi  və mənəvi həyatında, milli ideologiya və azərbaycançılıq ideyalarının təbliğində yaxından iştirak etmiş və tədbirlər hazırlamışdır. Kitabxanada təşkil edilən yeni kitabların təqdimat mərasimləri , ənənəvi kitab bayramları ,kitab müzakirələri, daimi və tematik kitab sərgiləri, oxucu konfransları, görüşlər və s. mövzularda tədbirlər keçirilmişdir. Kitabxananın keçirdiyi “20 yanvar”, “Xocalı faciəsi”, “Müstəqilliyimiz əbədidir”, “Heydər Əliyevin 92 illiyi”, “Prezidentin gənclərə qayğısı və gənclərin Prezidentə etimadı”, “YAP-Azərbaycanın tərəqqisi və milli birlik naminə mübarizənin ön sırasında”, “Dövlətçiliyimiz və müstəqilliyimizin rəmzi”, “Zəlimxan Yaqubun 65 illiyi”, “Rəsul Rzanın105 illiyi”, “Faşizm üzərində qələbə”,”Bəxtiyar Vahabzadənin 90 illiyi”, “İşğal olunmuş rayonların anım günləri”, “Konstitusiya günü”, “Narkomaniya, müasir yeniyetmələr, uşaq hüquqları”, “Ölməzliyə abidə”, “Milli Qurtuluş - Milli lider” və s. tədbirlər oxucuların böyük marağına səbəb olmuşdur. Kitabxanada daimi olaraq Azərbaycan dövlətçiliyiyini, ulu öndər Heydər Əliyevin əsərlərinin, məruzə və çıxışlarının təbliği üçün xüsusi daimi sərgilər təşkil olunmuşdur. Xidmət şöbəsi  2091 nəfər oxucuya xidmət etmişdir. Oxuculara xidmət işinin təşkilində, kitabxananın fəaliyyətində böyük keyfiyyət dəyişiklikləri baş vermiş, kitab fondunun dövriyyəsi xeyli yüksəlmişdir. Oxuculara 25140 nüsxə kitab verilmişdir.  2015-ci ildə Xidmət şöbəsinin fonduna 271 nüsxə kitab daxil olmuşdu. Hal-hazırda şöbənin fondunda 14223 nüsxə kitab var.

   Şöbənin nəzdində oxu zalı da fəaliyyət göstərir. Oxu zalında oxuculara kompyüterlərlə xidmət göstərilir. Oxucuların sorğusu əsasında tələb olunan mövzulara aid materiallar axtarılıb tapılır və onların istifadəsinə verilir.Oxu zalında rayonumuzda mövcud olan Müassir Qadın və Cəmiyyət İctimai birliyinin qadınların problemlərinə həsr edilmiş müxtəlif tədbirləri keçrilmişdir. Gənclərdə Hərbi Vətənpərvərlik tərbiyyəsini aşlamaq üçün gənc oxucularla , rayon veteranlar şurasının görüşü keçrilmişdir.Qobustan rayon Mədəniyyət İşçiləri Həmkarlar Komitəsinin mədəniyyət işçiləri ilə tez-tez müxtəlif tədbirlər,Sağlam həyat tərzi uğurunda devzi altında kitabxana işçilərinin tibb işçiləri ilə müxtəlif mövzularda görüşləri və söhbətləri aparılmışdır.Mərkəzi kitabxananın Rayon İdman və Gənclər təşkilatı ilə birgə keçirdiyi müxtəlif tədbirlər Oxu zalında təşkil edilmişdir.

 

                                   Kitabişləmə və komplektləşdirmə şöbəsi.

 

Qobustan rayon MKS-nin komplektləşdirmə şöbəsinə 2015-ci ildə 496 adda və  1278 nüsxə ədəbiyyat daxil olmuşdur. Onlardan 1 ədəd elektron informassiya daşıyıcılarıdır. Komplekləşmə şöbəsi tərəfindən MKS-nin Xidmət şöbəsinə 271 nüsxə kitab daxil olmuşdur. Onlardan 1 nüsxə electron nəşirdir. Mərkəzi Kitabxananın Uşaq şöbəsinə 141 nüsxə ədəbiyyat daxil olmuşdur.

  2015-ci ildə komplektləşdirmə şöbəsinə 1278 nüsxə kitab daxil olmuşdur. Bunlardan  128  nüsxə M.F.Axundov adına kitabxanadan, 855 nüsxə Respublika Kitabxana Kollektorundan  daxil olmuş ,13   nüsxə kitab ayrı-ayrı vətəndaşlardan, Milli Elmilər Akademiyasından 143 nüsxə, Ombtusman Elmira Süleymanova tərəfindən 132 nüsxə, Milli Təhlükəsizlik Nazirliyindən 7 nüsxə ədəbniyyat daxil olmuşdur.Bunlardan  1  ədəd elektron nəşrlərdir.Fondlar üzrə elektron nəşrlərin sayı 644 nüsxədir.  Yeni daxil olmuş ədəbiyyat kitabxana qaydası ilə işlənərək Mərkəzi kitabxanaya və kitabxana filiallarına paylanmışdır.

   

 

                                                    Mərkəzi Uşaq şöbəsi.

 

      Uşaq şöbəsinin 4 əməkdaşı var.Mərkəzi kitabxananın uşaq şöbəsinin fondunda 9210  nüsxə kitab vardır.  2015-ci ildə oxucularının sayı 1315 nəfər, verlişi 15020 , gəlişi isə 6010 nəfər olmuşdur.2015-ci  ildə fonda yeni daxil olan ədəbiyyatın sayı 141  nüsxədir.  Fondda olan ədəbiyyatdan 3363 nüsxə latın qrafikalı, 1817 nüsxə kiril qrafikalı, 2519 nüsxə rus dilində, 511 nüsxə isə digər dillərdədir.Ümumilikdə uşaq şöbəsinin fondunda 186 ədəd elektron nəşirlər vardır. Mərkəzi kitabxananın uşaq şöbəsinin fondunda   ümumilikdə  2455 nüsxə Prezident fərmanı ilə çap olunmuş kitab vardır.

    Mərkəzi kitabxananın uşaq şöbəsi il boyu əlamətdar və tarixi günlərə və yubleylərə aid müxtəlif tədbirlər keçirmşdir. Bunlardan “20 Yanvar-Qəhrəmanlıq səlnaməsi” adlı sərgi və Ədəbi kompozissiya keçirilmişdir. “20 Yanvar-Azərbaycan xalqının mənəvi ucalıq və dəyanət günü” adlı məruzə təşkil etmişdir. “2 Fevral –Gənclər günü münasibətilə “Azərbaycan gəncləri” adlı kompozissiya , “21 Fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə “Dilimizi əbədi qoruyaq” adlı söhbət, “Xocalı Faciəsinin 24 –cü il dönümü mövzusunda “XX əsrin soyqrımı” adlı ədəbi kompozissiya, “Novruz bayramı münasibətilə “Səməni saxla məni” adlı ədəbi bədii gecə , 31-Mart-Azərbaycanlılarının Soyqrımı mövzusunda “Tarixin qan yaddaşı” adlı informassiya günü”, “Şuşanın anım günü” ilə əlaqədar anım günü, “9 May- Faşizm üzərində qələbənin 71 illiyi” münasibətilə sərgi, “Heç nə yaddan çıxmır, heç nə unudulmur” adlışeir müsabiqəsi, “Uşaqların Beynəlxalq Müdafiəsi günü” münasibətilə viktorina, “Milli qəhrəman Çingiz Mustafayevin anadan olmasının 55 illiyi” münasibətilə sual-cavab, “Ölkəmizin Müstəqilliyi daimi və əbədidir” adlı məruzə,  9 Noyabr- Azərbaycan Bayrağı Günüdür “ Bayrağımız qürur mənbəyidir”adlı  ədəbi bədii gecə,  “31 Dekabr- Dünya azərbaycanlılarının Həmrəylik Günü”münasibətilə məruzə təşkil edildi. Bununla yanaşı  Oxu zalında qoyulmuş komputer vasitəsi ilə  elektron daşıyıcıları  ilə də məktəbli oxuculara xidmət edilir.

                                           Metodika və biblioqrafiya şöbəsi.

 

   Kitabxanaların fəaliyyətində kitabxanaların metodiki təminatı mühüm yer tutur.Metodika şöbəsi tərəfindən kənd kitabxana filiallarına yazılı və şifahi məsləhətlər verilmiş, metodiki vəsaitlərlərlə  köməklik edilmişdir.Kitabxana filiallarına 24 gedişlər olmuş, 12 seminar məşqələləri keçirilmişdir. 2014-cü ildə 28 metodiki məktub hazırlanıb MKS-nin filiallarına paylanmışdır. Bumlara missal olaraq “2014-cü il Sənaye ilidir”, “Ziyalı sənətkar İlyas Əfəndiyev”, “Sənin konstitusiyan-sənin hüququn”, “XX əsrin faciəsi-Xocalı soyqırımı ”, “20 Yanvar –Milli qeyrət  günüdür”, “Milli öndər Heydər Əliyev”  və.s.göstərmək olar.Kitabxana işinin müxtəlif sahələrinə həsr edilmiş  belə metodiki vəsaitlər və tövsiyyələr kitabxanaçıların təcürbəsinin artmasına, peşə səviyyəsinin yüksəlməsinə köməklik etmişdir.Oxuculara 194 arayış verilmişdir. Onlardan 170 şifahi, 18 yazılı olmuşdur. Biblioqrafik kartotekaların ümumi sayı 24, bibiloqrafik kartotekalara daxil edilmiş yeni kartiçkaların sayı 955 ədəddir.

 

                                          İnformasiya - resurs şöbəsi.

 

    MKS-nin www.gobustan.cls.az web saytı Mərkəzi kitabxananın, həm də filialların oxucularının  sorğularını internet vasitəsi ilə axtarıb tapılmasına köməklik edir.Veb saytda Mərkəzi kitabxana və  onun şöbələri, filialları, keçirilən tədbirlər,yeni daxil olmuş kitablar  və.s  haqqında məlumat əks olunmuşdur. Şöbənin 3 nəfər əməkdaşı var.

 

 

          Kitabxana biblioqrafiya proseslərinin avtomatlaşdırması  şöbəsi.

 

   Şöbənin əməkdaşları internetdə müəyyən axtarışlar apararaq lazımi məlumatları əldə edir, oxuculara xidmət işinin müasir tələblər səviyyəsində həyata keçirilməsinə köməklik göstərir.  Kitabxana biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin 3 əməkdaşı var.

 

                                                            MKS-nin Filialları.

      1 saylı Qurbançı kənd kitabxana filialının 2 əməkdaşı var.Kitabxana filialının fondu 8021 nüsxədir.Oxucuların sayı 590 nəfər, kitab verlişi  5095 nüsxə,  gəlişi isə 2895 nəfər olmuşdur.2015-ci ildə fonda yeni daxil olan ədəbiyyatın sayı 44  nüsxədir.  Fondda olan ədəbiyyatdan 2107 nüsxə latın qrafikalı, 5585 nüsxə kiril qrafikalı, 217 nüsxə rusdilində, 112 nüsxə isə digər dillərdədir. Qurbançı kənd kitabxanasının fondunda  ümumilikdə  1879 nüsxə Prezident fərmanı ilə çap olunmuş kitab vardır.

      2 saylı Cəyirli  kənd kitabxana filialının 2 əməkdaşı var.Kitabxana filialının fondu 10155  nüsxədir. Oxucuların sayı  835 nəfər, kitab verlişi  12165 nüsxə,  gəlişi isə 6000 nəfər olmuşdur.2015-ci ildə fonda yeni daxil olan ədəbiyyatın sayı 59  nüsxədir.  Fondda olan ədəbiyyatdan 1279  nüsxə latın qrafikalı, 8297 nüsxə kiril qrafikalı, 458 nüsxə rus dilində, 121 nüsxə isə digər dillərdədir. Kitab fondunda  ümumilikdə  1073 nüsxə Prezident fərmanı ilə çap olunmuş kitab vardır.

      3  saylı Ərəbqədim kənd kitabxana filialının 2 əməkdaşı var.Kitabxana filialının fondu  7059  nüsxədir. Oxucuların sayı  860 nəfər, kitab verlişi  10845 nüsxə,  gəlişi isə  5525 nəfər olmuşdur.2015-ci ildə fonda yeni daxil olan ədəbiyyatın sayı 22  nüsxədir.  Fondda olan ədəbiyyatdan  1139  nüsxə latın qrafikalı,  5653 nüsxə kiril qrafikalı, 196  nüsxə rus dilində, 59 nüsxə isə digər dillərdədir. Kitab fondunda  ümumilikdə  992  nüsxə Prezident fərmanı ilə çap olunmuş kitab vardır.

      4 saylı Dərəkənd  kənd kitabxana filialının 2 əməkdaşı var.Kitabxana filialının fondu  8107  nüsxədir. Oxucuların sayı  720 nəfər, kitab verlişi  8935 nüsxə,  gəlişi isə 4900 nəfər olmuşdur.2015-ci ildə fonda yeni daxil olan ədəbiyyatın sayı  29  nüsxədir.  Fondda olan ədəbiyyatdan  1109  nüsxə latın qrafikalı,  6886 nüsxə kiril qrafikalı,  55  nüsxə rus dilində, 57 nüsxə isə digər dillərdədir. Kitab fondunda  ümumilikdə  1006  nüsxə Prezident fərmanı ilə çap olunmuş kitab vardır.

     5 saylı Bəklə kənd kitabxana filialının 1 əməkdaşı var.Kitabxana filialının fondu  6023 nüsxədir. Oxucuların sayı  160 nəfər, kitab verlişi  3545 nüsxə,  gəlişi isə 1525 nəfər olmuşdur.2015-ci ildə fonda yeni daxil olan ədəbiyyatın sayı 22  nüsxədir.  Fondda olan ədəbiyyatdan 1212  nüsxə latın qrafikalı, 4511 nüsxə kiril qrafikalı, 178 nüsxə rus dilində, 122 nüsxə isə digər dillərdədir.Kitabxanaya  Kitab fondunda  ümumilikdə  1036 nüsxə Prezident fərmanı ilə çap olunmuş kitab vardır.

      6 saylı Xirmilli kənd kitabxana filialının 2 əməkdaşı var.Kitabxana filialının fondu  9885  nüsxədir. Oxucuların sayı  815 nəfər, kitab verlişi  7830 nüsxə,  gəlişi isə 3620 nəfər olmuşdur.2015-ci ildə fonda yeni daxil olan ədəbiyyatın sayı 52  nüsxədir.  Fondda olan ədəbiyyatdan 1234  nüsxə latın qrafikalı, 1767 nüsxə kiril qrafikalı, 6797 nüsxə rus  dilində, 87 nüsxə isə digər dillərdədir. Kitab fondnda  ümumilikdə  1042 nüsxə Prezident fərmanı ilə çap olunmuş kitab vardır.

      7 saylı Sündü kənd kitabxana filialının 3 əməkdaşı var.Kitabxana filialının fondu  10010  nüsxədir. Oxucuların sayı  1240 nəfər, kitab verlişi  17245 nüsxə,  gəlişi isə 6100 nəfər olmuşdur.2015-ci ildə fonda yeni daxil olan ədəbiyyatın sayı  27  nüsxədir.  Fondda olan ədəbiyyatdan 1241  nüsxə latın qrafikalı, 8518 nüsxə kiril qrafikalı, 81 nüsxə rus dilində, 170 nüsxə isə digər dillərdədir. Kitab fondunda  ümumilikdə  1039 nüsxə Prezident fərmanı ilə çap olunmuş kitab vardır. Yeni tarixləşmə ilə əlaqədar kitabxanada Multu-mediya resusları üzrə mütəxəssis ştatı yaradılmışdır.Kitabxana komputer və elektron nəşirlərlə təchiz edilmişdir.Həmin kitabxana filialında oxuculara elektron xidmətlər həyata keçirilir.

      8 saylı Təklə/Mirzəbaba kənd kitabxana filialının 2 əməkdaşı var.Kitabxana filialının fondu  7642  nüsxədir. Oxucuların sayı  763 nəfər, kitab verlişi  12465 nüsxə,  gəlişi isə 8435 nəfər olmuşdur.2015-ci ildə fonda yeni daxil olan ədəbiyyatın sayı 61  nüsxədir.  Fondda olan ədəbiyyatdan 4548  nüsxə latın qrafikalı, 2932 nüsxə kiril qrafikalı, 47 nüsxə rus  dilində, 115 nüsxə isə digər dillərdədir. Kitab fondunda  ümumilikdə  1971 nüsxə Prezident fərmanı ilə çap olunmuş kitab vardır.

      9 saylı Ərəbşalbaş kənd kitabxana filialının 3 əməkdaşı var.Kitabxana filialının fondu  12975  nüsxədir. Oxucuların sayı  1250 nəfər, kitab verlişi  17500 nüsxə,  gəlişi isə 8510 nəfər olmuşdur.2015-ci ildə fonda yeni daxil olan ədəbiyyatın sayı 65  nüsxədir.  Fondda olan ədəbiyyatdan 1270  nüsxə latın qrafikalı, 11403 nüsxə kiril qrafikalı, 205 nüsxə rus dilində, 97 nüsxə isə digər dillərdədir. Kitab fondunda  ümumilikdə  1036 nüsxə Prezident fərmanı ilə çap olunmuş kitab vardır.Yeni tarixləşmə ilə əlaqədar kitabxanada Multu-mediya resusları üzrə mütəxəssis ştatı yaradılmışdır.Kitabxana komputer və elektron nəşirlərlə təchiz edilmişdir.Həmin kitabxana filialında oxuculara elektron xidmətlər həyata keçirilir.

        10 saylı Təklə kənd kitabxana filialının 3 əməkdaşı var.Kitabxana filialının fondu  9041  nüsxədir. Oxucuların sayı  1300 nəfər, kitab verlişi  17490 nüsxə,  gəlişi isə 8400 nəfər olmuşdur.2015-ci ildə fonda yeni daxil olan ədəbiyyatın sayı 111  nüsxədir.  Fondda olan ədəbiyyatdan 2257  nüsxə latın qrafikalı, 6185 nüsxə kiril qrafikalı,378 nüsxə rus dilində, 221 nüsxə isə digər dillərdədir. Kitab fondunda  ümumilikdə  1916 nüsxə Prezident fərmanı ilə çap olunmuş kitab vardır.Yeni tarixləşmə ilə əlaqədar kitabxanada Multu-mediya resusları üzrə mütəxəssis ştatı yaradılmışdır.Kitabxana komputer və elektron nəşirlərlə təchiz edilmişdir.Həmin kitabxana filialında oxuculara elektron xidmətlər həyata keçirilir.

       11 saylı Poladlı kənd kitabxana filialının 2 əməkdaşı var.Kitabxana filialının fondu  6739  nüsxədir. Oxucuların sayı  780 nəfər, kitab verlişi  10025 nüsxə,  gəlişi isə 5000 nəfər olmuşdur.2015-ci ildə fonda yeni daxil olan ədəbiyyatın sayı 39  nüsxədir.  Fondda olan ədəbiyyatdan  1223  nüsxə latın qrafikalı, 5071 nüsxə kiril qrafikalı, 337  nüsxə rus dilində, 108 nüsxə isə digər dillərdədir. Kitab fondunda  ümumilikdə  1021 nüsxə Prezident fərmanı ilə çap olunmuş kitab vardır.

      12 saylı Sədəf kənd kitabxana filialının 2 əməkdaşı var.Kitabxana filialının fondu  3973  nüsxədir. Oxucuların sayı  160 nəfər, kitab verlişi  2535  nüsxə,  gəlişi isə  745  nəfər olmuşdur.2015-ci ildə fonda yeni daxil olan ədəbiyyatın sayı  57  nüsxədir.  Fondda olan ədəbiyyatdan  1212  nüsxə latın qrafikalı,  2562  nüsxə kiril qrafikalı,  130  nüsxə rus dilində, 69 nüsxə isə digər dillərdədir. Kitab fondunda  ümumilikdə  1003 nüsxə Prezident fərmanı ilə çap olunmuş kitab vardır.

      13  saylı Cəm-cəmilli kənd kitabxana filialının 1 əməkdaşı var.Kitabxana filialının fondu  6058  nüsxədir. Oxucuların sayı  460 nəfər, kitab verlişi  5640 nüsxə,  gəlişi isə 2600 nəfər olmuşdur.2015-ci ildə fonda yeni daxil olan ədəbiyyatın sayı 54  nüsxədir.  Fondda olan ədəbiyyatdan  2074  nüsxə latın qrafikalı,  3673  nüsxə kiril qrafikalı, 174  nüsxə rus dilində, 317 nüsxə isə digər dillərdədir. Kitab fondunda  ümumilikdə  2014  nüsxə Prezident fərmanı ilə çap olunmuş kitab vardır.

      14  saylı Bədəlli kənd kitabxana filialının 1 əməkdaşı var.Kitabxana filialının fondu  4026  nüsxədir. Oxucuların sayı  420 nəfər, kitab verlişi  5480 nüsxə,  gəlişi isə 2590 nəfər olmuşdur.2015-ci ildə fonda yeni daxil olan ədəbiyyatın sayı 101  nüsxədir.  Fondda olan ədəbiyyatdan  1237  nüsxə latın qrafikalı,  2564  nüsxə kiril qrafikalı,  164  nüsxə rus dilində, 61 nüsxə isə digər dillərdədir. Kitab fondunda  ümumilikdə  1019 nüsxə Prezident fərmanı ilə çap olunmuş kitab vardır.