Qobustan rayon Mərkəzi kitabxanası

Qobustan rayon
Rayon haqqında
20 May , 2016

Qobustan (əvvəlki: Mərəzə) — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində qəsəbə, Qobustan rayonunun inzibati mərkəzi. 25 aprel 2008-ci il tarixə qədər Mərəzə adlandırılmış, Nərimankənd kəndi Qobustan qəsəbəsi ilə birləşdirilmiş və Azərbaycan Respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin Dövlət reyestrindən çıxarılmışdır[1].


Tarixi

Mərəzə Qobustan rayonunda yerləşir, rayonun əsas magistral yolunun yaxınlığında yerləşir. Bir rəvayətə görə bu şəhərin adı ("mərəz") nüfuzlu şəxslərdən birinin sevimli arvadı burada məskənləşərək sağaldığına görə bu hadisədən sonra belə adlandırılmışdır. Bu rəvayətin həqiqət olub olmadığını heç kəs bilmir, lakin Mərəzə yaxınlığında bir mineral su bulağı var. Onun suyu şor və acı olmasına baxmayaraq müəyyən mədə bağırsaq xəstəlikləirini sağaldır.[2]

Məşhur Şıx düzü kurqanları, b.e.ə. 1-8-ci əsrlərə aid olan, indiki Dağ Kolanı kəndinin qədim ticarət yollarında yerləşmiş qədim insan məskənlərinin qalıqları, şəhərin ətrafındakı Diri Baba türbəsi (15-ci əsr); şəhərin lap mərkəzində yerləşən Şah Abbas Karvansarasının qalıqları göstərir ki, bu yerlərdə ən qədim dövrlərdə insan məskənləri olmuşdur.

Mərəzə qəsəbəsi 25 aprel 2008-ci ildən Qobustan şəhəri adlandırılır. Nərimankənd kəndi Qobustan qəsəbəsi ilə birləşdirilmiş və Azərbaycan Respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin Dövlət reyestrindən çıxarmişdır[3].[4]


Mərəzə xalçaları

Burada lap qədimdən xalça toxumaqla məşğul olurdular. Yerli "Mərəzə", "Çuxanlı", "Çemcemli" xalçalarının naxışları butun dünyada məşhurdur. "Nabur" xalçalarını isə eyni adlı kənddə hələ də əl ilə toxuyurlar.