Qobustan rayon Mərkəzi kitabxanası

Qobustan rayon
Xəbərlər
13 Oktyabr , 2017
13 oktyabr -- bütün dünyada planetimizin “Beynəlxalq təbii fəlakətlərdən müdafiə günü” kimi qeyd olunur. Hər il təbii fəlakətlər dünyada 250 mindən artıq insanın ölümünə bais olur, onların vurduğu ziyan isə 50 milyard ABŞ dollarından 100 milyarda kimi gəlib çıxır. Asiya – təbii fəlakətlərin daha çox məruz qaldığı qitədir.
Uzaq Şərqdən dağıdıcı tayfunlar, Çindən daşqınlar, Tacikistandan sel axınları demək olar ki, əskik olmur. Təbii fəlakətlər hətta Özbəkistandan da yan keçməmiş, ölkənin ayrıayrı rayonlarında sel daşqınları, bir sıra çaylarında isə güclü sellər müşahidə olunmuşdur.