Qobustan rayon Mərkəzi kitabxanası

Qobustan rayon
Tədbirlər
10 Noyabr , 2017
8 noyabr 2017-ci il tarixində Qobustan rayon Mərkəzi kitabxanasının əməkdaşları “Uşaq hüquqları aylığı” çərçivəsində Qobustan rayon 1 saylı Orta Məktəbində "Uşaqların istismarına son qoyaq" adlı söhbət təşkil ediblər. Kitabxanamızın əməkdaşları İsmiyeva Aysel və Mürsəliyeva Gülnar ilk öncə uşaqların öz hüquq və vəzifələri haqqında nə dərəcədə məlumatlı olduqlarını öyrənmiş, daha sonra isə uşaqlara onların ailədə yaşamaq, təhsil almaq, sağlamlıq, fiziki, psixoloji və ya cinsi istismara qarşı qorunmaq, vicdan, fikir və söz azadlığı, məlumat azadlığı və s. hüquqları barədə geniş məlumat vermiş, onlara övladlıq, şagirdlik vəzifələrindən bəhs etmişlər.