Qobustan rayon Mərkəzi kitabxanası

Qobustan rayon MKS
Tədbirlər
4 Dekabr , 2017
Qobustan rayon MKS-nin Uşaq şöbəsi və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə XVIII əsr Azərbaycan poeziyasının parlaq siması, görkəmli şair, məşhur siyasi və dövlət xadimi Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş tədbir təşkil olundu. Tədbiri giriş sözü ilə açan Mansurova Mədinə şairin həyat və yaradıcılığı haqqında məlumat verərək onun Azərbaycan ədəbiyyatındakı misilsiz xidmətlərindən, yaradıcılığının ədəbiyyatımıza bəxş etdiyi zənginliklərdən söz açdı. Daha sonra A.O Çernyayevski adına 1 saylı tam Orta məktəbin şagirdlərinin ifasında şairin şeirlərindən parçalar oxundu, Səməd Vurğunun “Vaqif” pyesindən səhnələr nümayiş etdirildi.
Tədbirin sonunda şagirdlər şöbənin kitabxanada təşkil etdiyi “Molla Pənah Vaqif guşəsi” ilə tanış oldular. Şöbənin əməkdaşı Fərzəliyeva Təranə şagirdlərə S. Vurğunun “Vaqif” dramı və Y.V. Çəmənzəminlinin “Qan İçində” romanı haqqında ətraflı məlumat verdi.