Qobustan rayon Mərkəzi kitabxanası

Qobustan rayon
Tədbirlər
1 Dekabr , 2017

Uşaqların mütaliə mədəniyyətlərinin, dünyagörüşlərinin formalaşmasına, nitq mədəniyyətlərinin zənginləşməsinə kömək etmək, kitaba olan marağlarını artırmaq, qiraət etməyə həvəsləndirmək və kitabxanaya yeni oxucular cəlb etmək məqsədi ilə Qobustan rayon MKs – nin Uşaq şöbəsi A.O.Çernyayevski adına Qobustan şəhər 1 saylı tam orta məktəbin IV sinif şagirdləri üçün mütaliə saatı keçirdilər. Böyük kitabxanaçı Mətanət Şıxıyeva uşaqlar üçün kitabxanaya yeni daxil olmuş nağıl kitablarından nağıllar oxudu. Daha sonra uşaqlar nağıl otağında oldular, yeni kitablarla, sərgilərlə tanış oldular.