Qobustan rayon Mərkəzi kitabxanası

Qobustan rayon
Tədbirlər
5 Dekabr , 2017

05 dekabr 2017- ci il tarixində Qobustan rayon MKS-nin Uşaq şöbəsi “İslam uşaqların gözü ilə” mövzusunda rəsm müsabiqəsi təşkil etdi. Müsabiqədə A. O. Çernyayevski adına Qobustan şəhər 1 saylı orta məktəbin şagirdləri iştirak etdilər. Uşaq şöbəsində şagirdlərin təqdim etdikləri rəsmlərdən və əl işlərindən ibarət sərgi təşkil edildi. Sonda iştirakçıların əl işləri qiymətləndirildi. Leyla Məmmədova birinci yerə, Filiz Quliyeva ikinci yerə layq görüldü. Sahib Eyvazova isə həvəsləndirmək məqsədi ilə fəxri fərman təqdim edildi.