Qobustan rayon Mərkəzi kitabxanası

Qobustan rayon MKS
Tədbirlər
18 Dekabr , 2017

 15 dekabr 2017- cı il tarixində Qobustan rayon Mərkəzi kitabxanasında şair, Qobustan rayon Ağsaqqallar Şurasının sədri Şıxbala Elcanın  Qurani-Kərim - in anlamı “qafiyəli nəsrlə”  adlı kitabının təqdimatı keçirildi. İlk öncə Təklə kənd Uşaq Musiqi Məktəbinin direktoru Cəbrayılov Gülağa müəllifin sayca üçüncü  kitabı haqqında və müəllifin yaradıcılığı barədə məlumat verdi. Daha sonra söz kitabın müəllifi Şıxbala Bayramova verildi. Şıxbala müəllim çıxışında  bildirdi ki, “Qurani-Kərim”in qafiyəli janrda təqdimatı Azərbaycanda yenilikdir: “Əslində “Qurani-Kərim” ərəb dilində məhz elə şeir janrında yazılıb. Sadəcə, onu bu janrda tərcümə etmək çox çətindir. Mən bu günə qədər olan bütün tərcümələrdən və öz qeydlərimdən istifadə etməklə “Qurani-Kərim”i olduğu kimi, yəni qafiyəli janrda oxuculara təqdim etdim. Həm də bu janrda oxucular “Qurani-Kərim”i daha aydın başa düşəcəklər”. Ş.Bayramov həmçinin qeyd etdi ki, kitab elektron və çap variantlarda kitabxanalara təqdim edilib. Sonra müəllif tədbir iştirakçıları üçün kitabından nümunələr oxudu, tədbir iştirakçılarını maraqlandıran suallara aydınlıq gətirdi, onun haqqında fikir və düşüncələri dinlədi.  Sonda Şıxbala müəllim kitabxanamıza öz kitabını hədiyyə etdi. Tədbirin sonunda əməkdaşımız Əsədova İzzət kollektivimiz adından Şıxbala müəllimə öz təşəkkürünü bildirdi.