Qobustan rayon Mərkəzi kitabxanası

Qobustan rayon
Elanlar
18 Dekabr , 2017

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə İtaliyanın “Romualdo Del Bianko” fondu tərəfindən keçiriləcək “Yer planeti irsi” adlı foto müsabiqə

“Romualdo Del Bianko” fondu Mədəniyyət və Turizm Nazirliyinin  dəstəyi ilə “Yer planeti irsi” adlı foto müsabiqə keçiriləcəkdir.

Foto müsabiqənin məqsədi gənc nəsil arasında mədəni və təbii irsin qorunmasını təbliğ etməkdir:

Müsabiqə 3 mövzunu əhatə edəcəkdir:

  • “İrs (maddi və qeyri maddi)”
  • “Səyahət”
  • “Mədəniyyətlər arası  dialoq”

İl ərzində keçiriləcək müsabiqənin ümumi uduş fondu 10000 avrodur.

Belə ki, hər ayın ilk 15 günü səsvermə keçiriləcək və qaliblər səsvermənin yekunlaşmasından 5 gün sonra elan ediləcəklər. Aylıq qaliblər üçün 1-ci yer üçün 350 avro, 2-ci yer üçün 150 avro mükafat nəzərdə tutulur.

2018-ci İlin sonunda aylar üzrə qalib çıxan nominasiyalar arasında yekun müsabiqə aparılacaq və iki qalib seçiləcəkdir.Yekun səsvermə 1-28 fevral 2019-cu ildə keçiriləcək və mart ayında elan olunacaqdır.

 Finalın mükafat fondu 1-ci yer üçün 2500 avro, 2ci yer üçün isə 1500 avro nəzərdə tutulur.

Foto müsabiqənin şərtləri və əlavə məlumatları www.lifebeyondtourism.org saytından əldə edə bilərsiniz.

Əlaqə nömrəsi: (012) 493 92 17

https://www.youtube.com/watch?v=fZV6Ay6XM4o