Qobustan rayon Mərkəzi kitabxanası

Qobustan rayon MKS
Xəbərlər
1 Mart , 2018

Milli Kitabxanada “1 mart-Ümumdünya Mülki Müdafiə günüdür “ adlı kitab sərgisi açılıb

180
01.03.2018

Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Məclisinin qərarı ilə hər il martın 1-i Ümumdünya Mülki Müdafiə günü kimi qeyd olunur. Bu münasibətlə 1 mart 2018-ci il tarixində M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında  Ümumdünya Mülki Müdafiə günü ilə əlaqədar olaraq “1 mart-Ümumdünya Mülki Müdafiə günüdür “ adlı kitab sərgisi açılmışdır. Bu günün hər il keçirilməsində məqsəd ictimaiyyətin diqqətini bu təşkilatın vacibliyinə və həyati əhəmiyyətinə cəlb etmək,mülki müdafiə işçilərinin isə işini və fədakarlıqlarını lazımınca qiymətləndirməkdir. Belə ki, əhalinin mühafizəsi - Mülki müdafiənin başlıca vəzifəsidir.

Sərgidə Azərbaycan və rus dilində mövzuya uyğun olaraq kitablar sərgilənmişdir.