Qobustan rayon Mərkəzi kitabxanası

Qobustan rayon MKS
Elanlar
5 Mart , 2018

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi

vakant dövlət qulluğu vəzifələrinin

tutulması ilə bağlı daxili müsahibə

                                                            ELAN EDİR:

 

Müsahibədə inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Mədəniyyət və Turizm Nazirliyinin dövlət qulluqçuları iştirak edə bilərlər.

Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

  •  ərizənin surəti
  •  əmək kitabçasının surəti
  • ali təhsil haqqında diplomun surəti (xarici dövlətlərin ali təhsil müəssisələrində təhsil almış şəxslərin ali təhsil haqqında sənədin və həmin sənədin qanunvericiliyə uyğun olaraq təsdiq edilməsi haqqında  müvafiq şəhadətnamənin surəti ilə birlikdə) və ya müvafiq ixtisas üzrə yenidənhazırlanma keçmə haqqında müvafiq sənədin surəti (ali təhsil haqqında sənədin surəti ilə birlikdə)
  • kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırkı dövrü əhatə etməlidir)
  • 1 ədəd ağ fonda rəngli fotoşəkil ( 4 x 6 sm ölçüdə)
  • son bir ildə intizam tənbehi tədbirinin tətbiq edilməməsi haqqında arayış.

Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 05 mart 2018-cı il tarixdən 19 mart 2018-cı il tarixədək saat 09:00-dan 18:00-dək Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən aparılır. Ərizələr şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00‑dan 18:00-dək) və yaxud poçt vasitəsilə təqdim edilə bilər.

Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsin­də müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsa­hi­bədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.

Müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin İnsan resurslar şöbəsinə müraciət edilə bilər.

Telefonlar:    (012) 598-40-55, 493-02-60                   

İnternet sayt : www.mct.gov.az

 

Struktur bölmənin adı: Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsi

 

Vakant  vəzifə: rəis müavini

 

İnzibati vəzifənin təsnifatı: 6-cı təsnifat

 

İş yerinin ünvanı: Sumqayıt şəhəri, 3-cü məhəllə, N.Nərimanov küçəsi 12/15

 

Qulluq funksiyaları:

  •     Regionun mədəniyyət və turizm sahələrinin inkişaf proqramları və planlarının layihələrinin tərtib edilməsi;
  •     Regional mədəniyyət ocaqlarının xidmətlərindən əhalinin istifadəsinin təmin olunması istiqamətində zəruri tədbirlərin görülməsi;
  •     Tabe müəssisələrin resurs təminatının təhlil edilməsi, əmlakın inventarlaşdırılması və pasportlaşması üçün şərait yaradılması;
  •     Regionun iqtisadi və yerli xüsusiyyətlərini nəzərə alaraq əhalinin mədəni xidmətlərə olan tələbatının təhlil edilməsi;
  •     Regionda mədəniyyət və turizm sahələrinin mövcud vəziyyəti və inkişafına dair materialların hazırlanması;
  •     Regional mədəniyyət müəssisələrinin perspektiv və cari iş planlarının, fəaliyyətlərinin əlaqələndirilməsinin həyata keçirilməsi;
  •     Regional müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsinə yönəlmiş tədbirlərin tənzimlənməsi;
  •    Tabe müəssisələr üzrə təcrübə mübadiləsinin təşkil edilməsi;
  •     Tabe müəssisələrin şəbəkəsi üzrə statistik göstəricilərin toplanılması və ümumiləşdirilməsinə nəzarət edilməsi;
  •    Öz səlahiyyətləri daxilində idarə rəisinin olmadığı müddətdə onun əvəz edilməsi;
  • Əsasnamə ilə nəzərdə tutulmuş və idarənin rəisi tərəfindən həvalə olunan digər vəzifə funksiyalarının icra edilməsi.

Vəzifənin tutulması şərtləri:

Təhsil: humanitar və sosial, mədəniyyət və incəsənət, iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, dil və ədəbiyyat müəllimliyi (dillər üzrə), xarici dil müəllimliyi (dillər üzrə), musiqi müəllimliyi, tarix müəllimliyi, tarix və coğrafiya müəllimliyi, təsviri incəsənət müəllimliyi, təhsildə sosial-psixoloji xidmət, turizm və otelçilik ixtisası üzrə ali təhsil.

 

İş stajı: rəhbər vəzifələr üzrə 1 ildən az olmamaqla 4 il;

 

Kompyuter bilikləri: MS Windows, MS Office, Internet və s. (orta-yüksək səviyyədə)

 

Xarici dil bilikləri: rus dili (B1 səviyyəsində), ingilis dili (B1 səviyyəsində).