Qobustan rayon Mərkəzi kitabxanası

Qobustan rayon MKS
Elanlar
1 Mart , 2018

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədi ilə 2018-ci il üçün müsabiqə elan edir

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 avqust 2014-cü il tarixli 292 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”nın 2-ci bəndinə uyğun olaraq, mədəniyyət sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədi ilə 2018-ci il üçün Mədəniyyət və Turizm Nazirliyi aşağıdakı müəyyən edilmiş tədbirlər üzrə müsabiqə elan edir.

  1. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı mədəniyyət layihələrinin hazırlanması.
  2. “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsinə dair Mədəniyyət və Turizm Nazirliyinin Tədbirlər planına uyğun olaraq Azərbaycan tarixində müstəsna xidmətləri olmuş şəxsiyyətlərin, Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərmiş döyüşçülərin, o cümlədən Milli Qəhrəmanların gənclər arasında tanıdılması ilə bağlı mədəni tədbirlərin təşkili.
  3. Regionlarda mədəniyyətin daha da inkişafına töhvə verəcək layihələrin həyata keçirilməsi.
  4. Mədəniyyət sahəsində müasir informasiya texnologiyalarının tətbiqi ilə bağlı layihələrin hazırlanması.

            “Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”nın 2.2-ci bəndinə uyğun olaraq, müsabiqədə iştirak etmək istəyən QHT-lər 2018-ci ilin mart ayının 01-dək ərizələrini müsabiqənin şərtlərinə uyğun aşağıdakı sənədlərlə birlikdə Nazirliyə təqdim etməlidir.

  1. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Müsabiqə Komissiyasının sədrinə məktub;
  2. QHT-nin dövlət qeydiyyatına alınması barədə hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;
  3. Tədbirin keçirilməsi nəzərdə tutulan mədəniyyət sahəsində mövcud vəziyyətin təhlili;
  4. Tədbirlə bağlı qarşıya qoyulan vəzifələrin əhatə olunması və gözlənilən nəticələr barədə qısa məlumatlar;
  5. Tədbirin keçiriləcəyi yer və tarix;
  6. Tədbirin keçirilməsi ilə bağlı xərclər smetası (müvafiq hesablamalar və əsaslandırıcı sənədlərlə birlikdə);
  7. Tədbirin təşkilatçıları və iştirakçıları ilə bağlı məlumatlar.

 

Ünvan:

AZ 1000, Bakı şəhəri, Hökumət Evi, Ü.Hacıbəyov küçəsi 40.

Tel: (012) 498-79-53/21

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin

Qeyri-hökumət təşkilatları ilə iş sektoru

Əlaqələndirici şəxslər:

 

Rəşad Əliyev

Rəvanə Abdullayeva

Arzu Məmmədzadə

Email: qht.medeniyyet@gmail.com

qht@mct.gov.az

Tel: (012) 498-79-21/53

 

Müsabiqədə iştirak etmək üçün təqdim olunacaq sənədlərin anket formasını aşağıdakı linklərdən əldə edə bilərsiniz:

  1. Müşaiyət məktubu
  2. Tədbirin yazılış forması
  3. Büdcənin tərtibinə dair təlimat
  4. Tədbir haqqında qısa məlumat
  5. Anket forması
  6. Təbdir mövzuları
  7. Digər şərtlər
  8. Əlavə anket