Qobustan rayon Mərkəzi kitabxanası

Qobustan rayon MKS
Elanlar
1 Mart , 2018

“Gəncliyin səsi” festivalı keçiriləcək

Azərbaycan Respublikası Prezidentinin “2 fevral - Gənclər günü kimi qeyd olunması haqqında” Sərəncamına, habelə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına əsasən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2-6 fevral 2018-ci il tarixində ənənəvi “Gəncliyin səsi” festivalı keçiriləcəkdir. Festival gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının, bilik və bacarıqlarının, yaradıcılıq nailiyyətlərinin dəstəklənməsi, yeni simaların aşkar olunması məqsədi daşıyır.  

2016-cı ildən etibarən sözügedən festival Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə keçirilir.

Cari ildə “Gəncliyin səsi” festivalının “ASAN Könüllüləri” Təşkilatı ilə birlikdə Bakı, Sumqayıt və Mingəçevir şəhərlərində, Şəmkir, Gədəbəy, Quba və Masallı rayonlarında keçirilməsi planlaşdırılır.

Eyni zamanda festivalın açılış mərasimində istedadlı gənclərin mükafatlandırılması nəzərdə tutulmuşdur.

Festival çərçivəsində keçiriləcək tədbirlər:

 

2 fevral 2018-ci il, saat – 11:00

Festivalın açılışı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı

 

3 fevral 2018-ci il, saat – 12:00

Gənc yazarlarla görüş

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası

 

3 fevral 2018-ci il, saat – 14:00

Prezident təqaüdçülərinin konserti

Gənclərin rəsm əsərlərindən ibarət sərgi

Sumqayıt şəhər Heydər Əliyev Mərkəzi

 

3 fevral 2018-ci il, saat – 15:00

Gənc rejissorlarla görüş və onların filmlərinin nümayişi

Gənclərin fotoəsərlərindən ibarət sərgi

Masallı “Asan həyat” Kompleksi

 

3 fevral 2018-ci il, saat – 16:00

“ASAN Könüllüləri”nin təqdimatında “Kölgə” tamaşasının premyerası

Mingəçevir Dövlət Dram Teatrı

 

5 fevral 2018-ci il,saat  – 15:00

Gənc aşıqların konserti

Gədəbəy Aşıq Məktəbi

 

5 fevral 2018-ci il, saat – 16:00

Gənc yazarlarla görüş

Şəmkir rayon Mədəniyyət Mərkəzi

 

5 fevral 2018-ci il, saat – 15:00

Gənc rejissorlarla görüş və onların filmlərinin nümayişi

Gənclərin fotoəsərlərindən ibarət sərgi

Quba “Asan həyat” Kompleksi

 

6 fevral 2018-ci il, saat – 19:00

“ASAN Könüllüləri”nin təqdimatında “Bankir adaxlı” tamaşasının premyerası

Azərbaycan Dövlət Musiqili Teatrı