Qobustan rayon Mərkəzi kitabxanası

Qobustan rayon MKS
Xəbərlər
9 Mart , 2018

5 mart – Bədən tərbiyəsi və idman günü münasibətilə tədbir keçirilmişdir.

05 mart 2018-ci il tarixində 5 Mart - Bədən tərbiyəsi və İdman günü münasibətilə Qobustan rayon İdman ictimaiyyətinin bayram tədbiri keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Gənclər və İdman idarəsinin rəisi Qadir Əkbərov görüş iştirakçılarını əlamətdar gün münasibəti ilə təbrik etdi və bildirdi ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 04 mart 2005-ci il tarixdə imzaladığı Sərəncamla 5 mart Azərbaycanda Bədən tərbiyəsi və idman günü elan edilmişdir. Bu gün Azərbaycanda idmana diqqət və qayğı yüksək səviyyədədir. Bu diqqət və qayğının nəticəsidir ki, 2017-ci ildə Qobustan idmançıları zona, respublika və beynəlxalq yarışlarda 83 qızıl, 60 gümüş və 72 bürünc olmaqla 215 medal qazanmışlar.
Qobustan rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi V.Zamanov, məşqçi-müəllimlərdən Azərbaycan Respublikasının Əməkdar Məşqçisi Ş.Səfərli, O.Yahyaev, P.Balaqardaşov, F.Mehbalıyev, F.Əzizov, Q.Ələkbərov, İ.Şirəliyev çıxış edərək gənc idmançıları 5 Mart - Bədən tərbiyəsi və idman günü münasibəti ilə təbrik etmiş, onlara idman yarışlarında yüksək nailiyyətlər arzulamışlar.
Tədbirin sonunda bədən tərbiyəsi və idman sahəsi üzrə nailiyyət qazanmış məşqçilərədən Ş.Səfərli, Q.Ələkbərov, V.Etibarov, İ.Rzazadə, İ.Şirəliyev, F.Əzizov, K.Həsənov, idmançılardan B.Mirzəyev, F.Ağagülov, R.Əkbərli, F.Babaşov, M.Əsgərov, İ.Qurbanov, H.Sahibov, N.Yaqubov, İ.Xankişiyev, M.Nəbiyev və başqaları 5 Mart - Bədən tərbiyəsi və İdman günü münasibətilə Gənclər və İdman idarəsinin fəxri fərmanları ilə təltif olunmuşlar.