Qobustan rayon Mərkəzi kitabxanası

Qobustan rayon MKS
Elanlar
12 Mart , 2018



Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası , Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı, AZƏRTAC - Azərbaycan  Dövlət  İnformasiya Agentliyi və Azpress - Video-foto İnformasiya Agentliyinin xəbər saytı və “Olaylar” İnformasiya Agentliyi və Edumap.az Təhsil Portalının informasiya dəstəyi ilə  “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində ənənəvi “YURDUMUZA BAHAR GƏLİR” adlı respublika uşaq rəsm müsabiqəsi elan edilmişdir. 

Müsabiqənin yekun sərgisi 15 mart  2018-ci il saat 16:00-da  Xətai Sənət Mərkəzində keçiriləcəkdir.                                  

15 yaşa  qədər uşaq və yeniyetmələr arasında keçirilən müsabiqədə məqsəd gənc nəsildə milli adət-ənənələrimizə hörmət və ruzi bərəkət bayramımız olan Novruzun daha böyük anlamda dərk olunması və gələcək nəsilə ötürülməsidən ibarətdir.

Müsabiqəyə 750-yə yaxın uşaq, 1600-dən çox əsəri ilə qatılmışdır. Yekun sərgidə 140-a yaxın uşağın, 150-yə  qədər işinin nümayişi nəzərdə tutulur.

Müsabiqədə Bakı, Sumqayıt,  Balakən, Masallı, Xırdalan, Şamaxı, Gəncə, Göyçay, Lənkəran, Ağdam, Qax, Hacqabul, Şəki, bölgələrinin məktəbliləri, o cümlədən,  Respublika Uşaq və Gənclər İnkişaf Mərkəzi, 1 nömrəli UGİM Təsviri Sənət Qalereyası, 2 nömrəli UGİM Təsviri Sənət Qalereyası və Gənc rəssamlar dərnəyi,  3 nömrəli UİM, 4 nömrəli UİM, 5 nömrəli UİM, Art Baku house, Lənkəran Şəhər Uşaq rəssamlıq məktəbi, Даша следопыт uşaq bağçası, Konfirm  MMC rəssamlıq dərnəyi, Şəki şəhər UİM, Uğur təhsil mərkəzi, Hacıqabul UGİM, Masallı Rayon Onbirillik İncəsənət Məktəbi Rəssamlıq Şöbəsi, Təsviri sənət Qalereyaı, Laləm art studiya, Göyərçin rəsm kursları, Şabran UGİM, Fikrət Əmirov adına 6 nömrəli Onbirillik İncəsənət məktəbi, Q.Qarayev adına MİM, Balakən Rayon Humanitar və Texniki Təmayüllü lisey, AAAF-park Uşaq Akademiyası hazırlıq kursları, Zığ qəsəbə Mədəniyyət evinin rəssamlıq kursu, Pozitiv kids studiya,Kairos tədris mərkəzi, Sumqayıt şəhəri Bülbül adına UİM, Panda School Baku, Gunxan art studiya, Elif tədris mərkəzi, Əsra tədris mərkəzi, Zəngin tədris mərkəzi, Gəncə şəhər UİM, Maştağa Mədəniyyət Mərkəzi Rəsm Kursu, Baku Avropa Liseyi, İdeal korreksiya və inkişaf mərkəzi, Lənkəran rayon S.Kazımbəyov adına 6 saylı məktəb, Kaspi Təhsil Mərkəzinin Lənkəran Nümayəndəliyi, Xətai Uşaq Rəsm Yaradıcılıq Studiyası başqa kollektivlər xüsusi fəallıq göstərmişlər.