Qobustan rayon Mərkəzi kitabxanası

Qobustan rayon MKS
2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli”
17 Aprel , 2018

Prezident İlham Əliyev 2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi ilə bağlı sərəncam imzalayıb. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, dövlət başçısı 100 il əvvəl Azərbaycanda cumhuriyyətin qurulmasının tarixi əhəmiyyətini vurğulayıb. Sərəncamda deyilir:

“1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında misilsiz hadisə baş vermiş, Müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qurulmuşdur. Cəmi iki ilə yaxın yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoymuş, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlamışdır.