Qobustan rayon Mərkəzi kitabxanası

Qobustan rayon MKS
Tədbirlər
27 Aprel , 2018
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar tədbirlər çərçivəsində 
Qobustan rayon MKS-nin Uşaq şöbəsində A. O. Çernyayevski adına Qobustan şəhər 1 saylı tam orta məktəbin istedadlı şagirdləri arasında Cümhuriyyətimizin 100 illik yubileyinə həsr edilən “Azad Azərbaycanım!” başlıqlı rəsm müsabiqəsi təşkil edildi.
Müsabiqənin keçirilməsində başlıca məqsəd uşaqlarda vətənpərvərlik və vətənə məhəbbət, milli tariximizə bağlılıq hissinin aşılanması, milli adət-ənənələrin təbliği və onların yaradıcılıq potensialını üzə çıxarmaq olmuşdur.
Sonda şöbədə uşaqların şagirdlərin təqdim etdikləri rəsmlərdən ibarət sərgi təşkil edildi.