Qobustan rayon Mərkəzi kitabxanası

Qobustan rayon MKS
Elanlar
3 Aprel , 2018

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı daxili  müsahibə elan edir


Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi

vakant dövlət qulluğu vəzifələrinin

tutulması ilə bağlı

daxili  müsahibə

ELAN EDİR:

 

Müsahibədə inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Mədəniyyət və Turizm Nazirliyinin dövlət qulluqçuları iştirak edə bilərlər.

Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

  •  ərizənin surəti
  •  əmək kitabçasının surəti
  • ali təhsil haqqında diplomun surəti (xarici dövlətlərin ali təhsil müəssisələrində təhsil almış şəxslərin ali təhsil haqqında sənədin və həmin sənədin qanunvericiliyə uyğun olaraq təsdiq edilməsi haqqında  müvafiq şəhadətnamənin surəti ilə birlikdə) və ya müvafiq ixtisas üzrə yenidənhazırlanma keçmə haqqında müvafiq sənədin surəti (ali təhsil haqqında sənədin surəti ilə birlikdə)
  • kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırkı dövrü əhatə etməlidir)
  • 1 ədəd ağ fonda rəngli fotoşəkil ( 4 x 6 sm ölçüdə)
  • son bir ildə intizam tənbehi tədbirinin tətbiq edilməməsi haqqında arayış.

Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 03 aprel 2018-cı il tarixdən                         17 aprel 2018-cı il tarixədək saat 09:00-dan 18:00-dək Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən aparılır. Ərizələr şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00‑dan 18:00-dək) və yaxud poçt vasitəsilə təqdim edilə bilər.

Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsin­də müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsa­hi­bədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.

Müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin İnsan resurslar şöbəsinə müraciət edilə bilər.

Telefonlar:    (012) 598-40-55, 493-02-60                   

İnternet sayt : www.mct.gov.az

 

 

 

 

Struktur bölmənin adı: Hüquq sektoru

 

  Vakant  vəzifə: böyük məsləhətçi

 

  İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat

 

   İş yerinin ünvanı: Bakı şəhəri, Səbail rayonu, Hökumət evi, Ü. Hacıbəyli 84 “Hökümət Evi”

 

Qulluq funksiyaları:

- sektorun fəaliyyəti ilə bağlı tapşırılmış sənədlərin, ərizə və şikayətlərin qanuna müvafiq qaydada, vaxtında və keyfiyyətli icrasının təmin edilməsi;

- nazirliyin strukturuna daxil edilmiş idarə, müəssisə və təşkilatlarda hüquq xidmətinin təşkili vəziyyəti ilə tanış olunması, onlara hüquqi yardım göstərilməsi;

- nazirliyin fəaliyyəti ilə bağlı qüvvədə olan normativ hüquqi aktların yenidən işlənməsi, onlara dəyişikliklər edilməsi və tətbiqi qaydaları barədə rəhbərliyə təkliflər verilməsi;

- müxtəlif qurumlardan dövlət strukturlarından və əhalidən daxil olan ərizə, məktub və müqavilələrə vaxtında və qanuna müvafiq qaydada baxılmasının təmin edilməsi;

- nazirliyin şöbə və sektorları ilə birlikdə yeni normativ hüquqi aktların layihələrinin hazırlanması, müzakirəsi və qəbulunda iştirak edilməsi;

- qüvvədə olan qanunlar barəsində idarə, müəssisə və təşkilatların işçilərinə məsləhətlər verilməsi və s.

 

Vəzifənin tutulması şərtləri:

Təhsil: hüquqşünaslıq və beynəlxalq hüquq ixtisas istiqamətləri üzrə ali təhsil;

 

İş stajı: ixtisası üzrə azı 2 il;

 

Kompüter: MS WİNDOWS, MS OFFİCE, İNTERNET və s. (yüksək səviyyədə);

 

Xarici dil: xarici dil: rus dili (B1 səviyyəsində).ingilis dili (B1 səviyyəsində).