Qobustan rayon Mərkəzi kitabxanası

Qobustan rayon MKS
Tədbirlər
28 İyun , 2018
28 iyun 2018 –ci ildə Qobustan rayon Mərkəzi Kitabxananın təşəbbüsü ilə M. Səlimli adına Rayon Mədəniyyət Mərkəzində Nabur kənd sakini, el ağsaqqalı şair Babaxan Alxanlının “Qobustandan səs gəlir” kitabının təqdimatı keçirildi. Tədbirdə Rayon ictimaitinin müxtəlif sahələrində çalışan nümayəndələri , MKS-nin kənd kitabxana filiallarının əməkdaşları, Qobustan rayon İH-nin nümayəndəsi İbrahim Şəfəq , rayon ziyalıları Qayıbov Ənvər, Əli Niyazoğlu, Daşdəmirov Səmid , Şıxbala Elcan və başqaları iştirak edirdi. Təqdimat mərasimini Təklə musiqi məktəbinin direktoru Cəbrayılov Gülağa müəllim açaraq şairin həyat və yaradıcılığı , pedoqoji fəaliyyəti, yeni çapdan çıxmış 12 kitabı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi. A.O. Çernyayevski adına 1 saylı orta məktəbin direktoru Sabirov İmran müəllim , Qayıbov Ənvər və başqaları çıxış edərək şairin yaradıcılıq yoluna geniş nəzər saldılar. Tədbirdə iştirak edən Nabur kənd folklor ansmblının çıxışları iştirakçıların böyük marağına səbəb oldu. Məktəblilərin ifasında şairin şerləri səsləndirildi. Çox səmimi və canlı dialoq formatında keçən təqdimar mərasimində müəllif çıxış edərək tədbir təşkilatçılarıına və iştirakçılarına təşəkkür etdi. Tədbirin sonunda şairin kitablarından ibarət sərgiyə baxış keçirildi. Şair kitablarını imzalayaraq oxucularına təqdim etdi.
Foto Qalereya