Qobustan rayon Mərkəzi kitabxanası

Qobustan rayon MKS
Tədbirlər
24 İyul , 2018

 Qobustan rayon  Mərkəzi kitabxanasının xidmət şöbəsinin əməkdaşları  səyyar xidməti ilboyu davam etdirirlər. Kitabxanamızın əməkdaşları xəstə və yaşlı oxucularımız üçün  müntəzəm olaraq ünvanlarına maraqlandıqları ədəbiyyatları  çatdırır, yeni kitablar haqqında ətraflı məlumatlar verir, onlar üçün maraqlarına uyğun ədəbiyyatdan parçalar oxuyurlar.

22 iyul və 23 iyul 2018-ci il tarixlərində də Xidmət şöbəsinin əməkdaşları   Elza Ağayeva, Cahan  Şıxıyeva, Kəmalə Güməmmədova  kitabxanamızdan istifadə imkanları olmayan fiziki məhdudiyyətli insanlara və yaşlılara  evlərində səyyar xidmət göstərmiş,  onları fonda daxil olan yeni ədəbiyyatlarla, dövri nəşrlərlə tanış etmişlər. 

Foto Qalereya