Qobustan rayon Mərkəzi kitabxanası

Qobustan rayon MKS
Tədbirlər
27 İyul , 2018

Qobustan rayon Mərkəzi kitabxanasının əməkdaşları səyyar kitabxana ilə mütəmadi olaraq oxuculara xidmət göstərirlər. Bu dəfə də Xidmət şöbəsinin əməkdaşları fiziki qüsurlu, yaşlı, əlil və başqa insanlara kitab və digər informasiya resursları ilə xidmət işini həyata keçirdilər. Kitabxanadan yerində istifadə etmək imkanından məhrum insanlar üçün təşkil olunan bu səyyar kitabxana xidmətində əsas məqsəd kitabın oxuculara yaxınlaşdırılması və onu hamı üçün əlçatan etməkdən ibarət olmuşdur. 

Foto Qalereya