Qobustan rayon Mərkəzi kitabxanası

Qobustan rayon MKS
Tədbirlər
2 Avqust , 2018
Azərbaycan Respublikası Prezidentinin 31 yanvar 2018-ci il tarixli 3616 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə Qobustan rayon Mərkəzi Kitabxanasında Azərbaycan kinosunun 120 illiyi ilə əlaqədar tədbir təşkil edildi. Tədbir Qobustan rayon Mərkəzi Kitabxanası və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirildi. Tədbiri giriş sözü ilə açan İzzət Əsədova tədbir iştirakçılarını bu gün münasibəti ilə təbrik etdikdən sonra Azərbaycanın kino tarixi haqqında qıAzərbaycan Milli Kino Günüsa məlumat verdi. Daha sonra məruzə ilə çıxış edən Metodika və Biblioqrafiya şöbəsininin metodisti Validə Babaşova bildirdi ki, Azərbaycan kinosu yarandığı gündən azərbaycançılığa, milli düşüncəyə və ideologiyaya xidmət edib. Yəni hər bir dövrdə çəkilən filmlərin janr müxtəlifliyindən asılı olmayaraq maarifçilik missiyasını yerinə yetirir. Fəxrlə deyə bilərik ki, 120 illik böyük tarixi yol keçən Azərbaycan kinosu cəmiyyətin inkişafında böyük rol oynayıb. Azərbaycançılığa, dövlətçiliyə töhfələr verən milli kinomuz heç vaxt öz yolundan dönməyib. Görkəmli mədəniyyət xadimi, ilk kino rejissorumuz Abbas Mirzə Şərifzadə deyirdi ki, kino musiqidi, teatrdı, ədəbiyyatdı, bir sözlə, özgə aləmdi.
Mədəniyyət Mərkəzinin Mədəni təşkilatçısı Ləman Xəlilova isə tədbir iştirakçılarına Azərbaycan kinosunda inqilab yaratmış “O olmasın, bu olsun” filmi haqqında məlumat verdi: “O olmasın, bu olsun” Azərbaycan kino tarixinə ilk rəngli bədii film kimi daxil olmuşdur. İlk rəngli film dahi Üzeyir bəyin geniş tamaşaçı auditoriyasına təqdim olunan ikinci böyük əsəri idi. “O olmasın, bu olsun” Hüseyn Seyidzadə yaradıcılığının şah əsərlərindəndir. Filmin yaranma tarixi haqqında çox yazılıb. Film ekranlara çıxarılanda ona qarşı müəyyən tənqidi münasibətlər olsa da, onun müvəffəqiyyətinə kölgə sala bilmədi, film çox sevildi və öz rejissoruna böyük şöhrət gətirdi. Azərbaycanda elə bir kino əsəri yoxdur ki, "O olmasın, bu olsun" qədər məşhur aktyor ansamblı toplaya bilsin. Bu, Azərbaycan aktyorlarının "kino qalereyası" idi. Təxminən ekrana çıxdığı iki-üç il ərzində artıq dünyanın 40-dan çox ölkəsində göstərilən bu film Azərbaycan kinosunun şöhrətini dünyaya yaydı. İran, İraq, Yaponiya, Avstriya, ABŞ, İsveçrə, Macarıstan və digər ölkələrin tamaşaçıları filmə böyük maraqla baxırdılar. Elə bu gün də "O olmasın, bu olsun" dünyanı dolaşmaqdadır. 
Çıxışlar sonrasında tədbir iştirakçıları üçün "O olmasın, bu olsun" filmi nümayiş etdirildi. Tədbirin sonunda isə iştirakçılar oxu zalında təşkil edilmiş “Azərbaycan Milli Kino Günü”, “2 Avqust – Azərbaycan Kinosu Günüdür” başlıqlı sərgilərlə tanış oldular.
Foto Qalereya