Qobustan rayon Mərkəzi kitabxanası

Qobustan rayon MKS
Tədbirlər
1 Avqust , 2018

01 avqust 2018 – cil tarixində  Qobustan rayon MKS – nin Uşaq şöbəsinin  əməkdaşları  1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə əlaqədar olaraq “Dilimiz və Əlifbamız: Milli Qürur Mənbəyimiz, Güvənc Yerimiz” başlığı ilə kiçik yaşlı uşaqlar üçün tədbir təşkil etdilər. Şöbənin əməkdaşı Mürsəliyeva Mətanət tədbiri açaraq Azərbaycan əlifbasının və Azərbaycan dilinin tarixindən, dilimizin zənginliyindən danışdı. M.Mürsəliyeva bildirdi ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli fərmanına əsasən, 2001-ci il avqustun 1-də ğlkəmizdə kiril əlifbasından latın qrafikalı Azərbaycan əlifbasına keçilməsi ilə bağlı hər il bu tarixi gün əlamətdar hadisə kimi qeyd edilir. Ulu Öndər Heydər Əliyevin dilimizin, əlifbamızın tarixin amansız, sərt sınaqlarından alnıaçıq, üzüağ, çıxmasında misilsiz xidmətləri olmuşdur. Bu gün ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də dilimizi dünyanın ən mötəbər siyasi kürsülərində milli varlığımıza, soykökümüzə tükənməz hörmət və məhəbbətlə səsləndirir, dövlət dilimizin beynəlxalq nüfuzunu yüksəklərə qaldırır.

Çıxışlardan sonra bağça uşaqları Ana dilimizə həsr olunmuş şeirlər, mahnılar səsləndirdi, bir-birindən gözəl rəqslər ifa etdilər. Sonda əməkdaşlarımız uşaqları sərgi ilə tanış edərək sərgilənən materiallar haqqında onlara ətraflı məlumat verdilər. 

Foto Qalereya