Qobustan rayon Mərkəzi kitabxanası

Qobustan rayon MKS
Xəbərlər
9 Sentyabr , 2018
XX əsrdə kosmetologiya sahəsində əsl inqilab baş vermişdir. Beynəlxalq Estetika və Kosmetologiya Komitəsi (SİDESKO) Beynəlxalq Gözəllik Gününün (İnternational Beauty Day) yaradılması təşəbbüsü ilə çıxış etmişdir və bu gün hər il sentyabrın 9-da qeyd olunur.
Beynəlxalq Estetika və Kosmetologiya Komitəsi dünyada əsas beynəlxalq gözəllik terapiyası assosiasiyası hesab olunur və 1946-cı ildə Brüsseldə yaradılmışdır. Bir çox ölkələrdə 33 şöbəsi olan komitə bütün dünyada minlərlə həkimi birləşdirir. 1995-ci ildən başlayaraq hər ilin 9 sentyabr günü bütün gözəl olan, estetik və mənəvi həzz bəxş edən hər şey alqışlanır, təqdir olunur.
Dünyada ilk gözəllik yarışması 1888-ci ilin sentyabrında Belçikada, ilk “Dünya gözəli” müsabiqəsi isə 1951-ci ildə Londonda keçirilmişdir.
Kosmetoloqlar, kosmetik vasitələrin istelsalçıları və satıcıları, plastik cərrahlar, model biznesinin nümayəndələri bu günü peşəkar bayramları kimi qeyd edirlər.