Qobustan rayon Mərkəzi kitabxanası

Qobustan rayon MKS
Tədbirlər
1 Oktyabr , 2018
Qobustan rayon Mərkəzi kitabxanası 27 sentyabr tarixində Ümumdünya Turizm Günü münasibətilə tədbir keçirdi. Tədbirdə Qobustan rayon A.O.Çernyayevski adına 1 saylı Tam Orta məktəbin 9 - cu şagirdləri və müəllimi Sabirova Ülviyyə iştirak edirdilər. Tədbir iştirakçıları əvvəlcə Mərkəzi kitabxananın Oxu zalında mövzu ilə bağlı təşkil edilmiş sərgi ilə tanış oldular. Onlara Sərgidə nümayiş edilən materiallar barədə məlumat verildi, daha sonra bu günün mahiyyətindən bəhs edildi. Qeyd edildi ki, 27 sentyabr Ümumdünya Turizm Günü kimi qeyd olunur. 1925-ci ildən Cenevrədə müxtəlif adlar altında fəaliyyət göstərən turizm təşkilatı 1970-ci il 27 sentyabr tarixində Ümumdünya Turizm Təşkilatı kimi formalaşıb.
1979-cu ildə Baş Qərargahı Madrid şəhərinə köçən təşkilat 27 sentyabr – Ümumdünya Turizm Gününü təsis edib. Bu gün Azərbaycan da daxil olmaqla dünyanın 150-dən çox ölkəsində turizm təmsilçilərinin bayramı kimi qeyd edilir.
Azərbaycanda Ümumdünya Turizm Günü 2001-ci ildən, Azərbaycanın Beynəlxalq Turizm Təşkilatına üzv olan vaxtdan qeyd olunur. 
Proqramın başlıca məqsədi ölkədə yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşdırılmasıdır.
Tədbir zamanı iştirakçılar həmçinin XVII əsrə aid olan yerli əhəmiyyətli memarlıq abidəsi Karvansarayda oldular.