Qobustan rayon Mərkəzi kitabxanası

Qobustan rayon MKS
Xəbərlər
2 Oktyabr , 2018

Bu gün dünyada Beynəlxalq Qeyri-zorakılıq Günüdür.

 BMT-nin qərarına əsasən, Beynəlxalq Qeyri-zorakılıq Günü hər il Hindistan Azadlıq Hərəkatının siyasi və ruhani lideri Mahatma Qandinin doğum günündə - oktyabrın 2-də qeyd olunur.

BMT Baş Assambleyası sözügedən qətnaməni 2007-ci il iyunun 15-də qəbul edib. Qəbul olunmuş qətnamədə bu beynəlxalq günün məqsədi belə izah olunur: sülh, dözümlülük, anlayış və zorakılıqdan imtina mədəniyyətini təsdiq etmək.