Qobustan rayon Mərkəzi kitabxanası

Qobustan rayon MKS
Tədbirlər
1 Avqust , 2018
1 avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə Qobustan rayon Mərkəzi Kitabxanasında tədbir keçirildi. Tədbirdə çıxış edən Mərkəzi Kitabxananın Xidmət şöbəsinin müdiri A. Sevinc  bildirdi ki, ümummilli lider Heydər Əliyevin 9 avqust 2001-ci ildə imzaladığı fərmana əsasən, hər il avqustun 1-i ölkəmizdə “Azərbaycan dili və Azərbaycan əlifbası günü” kimi qeyd olunur. Qeyd edildi ki,  Azərbaycanda ilk dəfə latın qrafikalı əlifbadan istifadə 1918-ci il Xalq Cümhuriyyəti dövrünə təsadüf edir. Əsrlərlə müxtəlif xalqların mədəni əlaqələrinə xidmət etmiş ərəb qrafikası dilimizin səs sistemini bütün dolğunluğu ilə əks etdirə bilmir, onun quruluşu və xarakteri haqqında tam aydın təsəvvür yaratmırdı. Bu çatışmazlıqlar M.F.Axundzadə başda olmaqla dövrün mütərəqqi maarifçi ziyalılarında əlifba islahatı keçirmək ideyalarını yaradıb. 
Daha sonra kitabxanaçılar - A. Gülnar, B. Almara məruzələrlə çıxış etdilər.