Qobustan rayon Mərkəzi kitabxanası

Qobustan rayon MKS
Xəbərlər
5 Oktyabr , 2018

Oktyabrın 5-də Azərbaycandakı məktəblərin, uşaq bağçalarının, ali və texniki peşə məktəblərinin 150 mindən çox müəllimi professional bayramı – Müəllimlər Gününü qeyd edir.

Müəllim Günü hər il 100-dən çox ölkədə qeyd olunur. Bu bayram 1994-cü ildə təsis olunub. Bayramın təsis edilməsi üçün tarixi zəmin rolunu isə 1966-cı il oktyabrın 5-də Parisdə müəllimlərin statusu barədə xüsusi hökumətlərarası Konfransın (Special Intergovernmental Conference on the Status of Teachers) keçirilməsi oynayıb.

Azərbaycanda Müəllimlər Günü bu yaxınlarda təsis edilib. Hələ 15 il əvvəl heç kim bu bayram barədə heç nə bilmirdi.