Qobustan rayon Mərkəzi kitabxanası

Qobustan rayon MKS
Tədbirlər
23 Oktyabr , 2018
Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq, Qobustan rayon Mərkəzi Kitabxanasının Xidmət şöbəsinin əməkdaşları 2 saylı orta məktəbdə 9 – cu sinif şagirdlərininin iştirakı ilə XX əsr poeziyamızın görkəmli nümayəndəsi, böyük ilham sahibi, nakam taleli Mikayıl Müşfiqin anadan olmasının 110 illiyinə həsr edilmiş mövzu icmalı və sərgi təşkil etdilər. Sərgidə şairin Azərbaycan əlifbası ilə çap olunmuş 3 çildlik əsərləri, “Həyat sevgisi”, “Yenə o bağ olaydı”, “Əbədiyyət nəğməsi” kitabları, şair haqqında yazılmış monoqrafiyalar və fotolar nümayiş etdirildi. Tədbir iştirakçılarına Mikayıl Müşfiqin həyat və yaradıcılığı barədə ətraflı məlumat verildi. Bildirildi ki, Mikayıl Müşfiqin yaradıcılığı XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil edir. Ədəbi fikir tariximizə yenilikçi şair kimi daxil olmuş Müşfiq dövrün yüksək bədii dəyərə malik, romantik ruhlu və dərin ictimai məzmunlu zəngin poeziyasını yaratmışdır. Mikayıl Müşfiq ədəbiyyat tariximizdə, xalqımızın yaddaşında çılğın, romantik, xəyallar dünyasında qanadlanan bir gənc kimi qalacaqdır. Ömrümüzün hər çağında alovlu şairin büllur kimi saf, axıcı misralarını xatırlayacaq, nəğmələrini dinləyəcəyik. 
Tədbirin sonunda şagirdlər Mikayıl Müşfiqin həyat və yaradıcılığından bəhs edən sərgi ilə tanış oldular. Onlara sərgidə nümayiş olunan materiallar barədə ətraflı məlumat verildi.