Qobustan rayon Mərkəzi kitabxanası

Qobustan rayon MKS
Tədbirlər
23 Oktyabr , 2018

22 oktyabr 2018 –ci il tarixində Qobustan rayon Mərkəzi kitabxanasının Oxu zalında həvəskar şairə İzzət Şükürlünün “Elm və təhsil “ nəşriyatında dərc olunmuş “Kövrək duyğular” adlı ilk kitabının imza günü keçirildi. Tədbiri giriş sözü ilə açan Metodika və biblioqrafiya şöbəsinin müdiri Xuraman Ağayeva şairənin yaradıcılığı haqqında məlumat verdi və bildirdi ki, bu şerlərdə İzzət xanımın yaşadığı çətinliklər, məşəqqətlər, taleyi, daxili aləmi ilə yanaşı onun vətəndaşlıq mövqeyi, doğma yurda tükənməz sevgisi də öz əksini tapmışdır. Tədbirdə çıxış edən Cəbrayılova Adilə, Babaşova Validə, Şıxıyeva Nərminə və başqaları şairənin şerlərindən nümunələr söylədilər. Sonda müəllif tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib öz imzası ilə kitablarını oxuculara təqdim etdi.