Qobustan rayon Mərkəzi kitabxanası

Qobustan rayon MKS
Tədbirlər
9 Oktyabr , 2018
1990-cı il dekabrın 14-də BMT-nin Baş Assambleyası qətnamə qəbul edərək oktyabrın 1-nin Beynəlxalq Ahıllar Günü kimi qeyd olunmasını qərara alıb. Bu günü əvvəlcə Avropada, sonra Amerikada, ötən əsrin 90-cı illərinin axırlarında isə artıq bütün dünyada qeyd etməyə başlayıblar. Həmin günün təsis edilməsinin başlıca məqsədi ailə və icmaların, eləcə də cəmiyyətin həyatında ahıl və yaşlıların iştirakını fəallaşdırmaqdan, onların hüquq və ehtiyacları diqqətə çatdırmaqdır.
Qobustan rayon Mərkəzi kitabxanasının əməkdaşları bu gün münasibəti ilə kitabxanamızdan yerində istifa etmə imkanı məhdud olan yaşlı insanlara evdə kitabxana xidmətini təşkil etdilər. Bu məqsədlə əməkdaşlarımız Gülməmmədova Kəmalə, Ağayeva Gülnar yaşlı oxucularımızı maraqlandıran mövzuları müəyyənləşdirərək onların evlərinə kitablar apardılar. Xidmət zamanı onların arzusu ilə maraqlı kitabların ucadan oxusu da həyata keçirildi.