Qobustan rayon Mərkəzi kitabxanası

Qobustan rayon MKS
Tədbirlər
17 Yanvar , 2019

Müstəqilliyə gedən yolda xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi sayılan 1990-cı ilin qanlı 20 yanvar faciəsindən 29 il ötür. Qobustan rayon Mərkəzi Kitabxanası tərəfindən hər il olduğu kimi bu il də xalqımıza, torpaqlarımıza qarşı törədilən təcavüzlə əlaqədar tədbirlər təşkil edilmişdir. 17 yanvar 2019 – cu il tarixində Mərkəzi Kitabxananın Oxu zalında “20 yanvar faciəsi” adı altında söhbət keçirildi, tədbir iştirakçıları üçün 20 Yanvar hadisələrini əks etdirən video çarx nümyayiş etdirildi. Xidmət şöbəsinin Multimedia üzrə mütəxəssisi Gülməmmədova Kəmalə çıxış edərək 1990-cı ildə Bakıda 20 Yanvar və Azərbaycan tarixində daha əvvəl baş vermiş faciəli hadisələr barədə məlumat verdi. Kəmalə G. çıxışında vurğuladı ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə axıdılan günahsız qanlar Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilməmiş, vətənə, torpağa sədaqət nümunəsi yaradaraq müstəqilliyə əbədi yol açmışdır. Yanvar faciəsindən 29 il ötür, ancaq xalqımız həmin günün dəhşətlərini yaddan çıxarmır, azadlıq mücadiləsində canından keçən şəhidlərimizi böyük ehtiramla yad edir. 
Kitabxanamızın oxucuları Mərkəzi Kitabxananın foyesində təşkil olunmuş “20 Yanvar- Milli Hüzn günüdür”, ”Qan yaddaşımız” başlıqlı kitab sərgiləri ilə tanış edilmiş, onlara xalqımıza qarşı törədilən tarixi cinayətlər barədə ətraflı məlumat verilmişdir.