Qobustan rayon Mərkəzi kitabxanası

Qobustan rayon MKS
Tədbirlər
22 Fevral , 2019

21 fevral 2019-cu il tarixində  Qobustan  rayon  Mərkəzi Kitabxanasında  Xocalı Soyqırımının   27-ci ildönümünə həsr edilmiş “ Xocalı... Yaralı yerimiz” adlı  ədəbi kompozisiya  təşkil edildi.   Tədbirdə Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükütla yad edildi.  MKS-nin direktoru A.Cəbrayılova Xocalı faciəsi haqqında məlumat verərək  erməni qəsbkarlarının vəhşiliklərini bir daha göz önünə qoydu. Tədbirdə məktəblilər bu faciəyə həsr edilmiş şeirlər söylədilər.  Tədbir iştirakçıları  Xocalı Soyqırımı ilə əlaqədar  təşkil edilmiş video çarxı izlədilər.