Qobustan rayon Mərkəzi kitabxanası

Qobustan rayon MKS
Tədbirlər
7 May , 2019
2019-cu ilin “Nəsimi ili” elan edilməsi ilə əlaqədar Qobustan rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsi tərəfindən nəzərdə tutulmuş tədbirlər planına əsasən bir sıra tədbirlər həyata keçirilmişdir. 07 may 2019-cu il tarixdə Mərkəzi Kitabxananın Uşaq şöbəsi rayon Mədəniyyət Mərkəzində dahi şair İmadəddin Nəsiminin 650 illik  yubileyi ilə əlaqədar “Nəsimi-650” adlı tədbir keçirdi. Uşaq şöbəsinin əməkdaşı çıxış edərək dahi şairin həyat və yaradıcılığı və 2019-cu ilin "Nəsimi ili" elan edilməsi haqqında qısa məlumat verdi. Tədbirdə gənc oxucular  tərəfindən şairin qəzəlləri səsləndirildi. Tədbirdə həmçinin “Nəsimi" filmindən ibrətamiz kəlamlar” mövzusunda fraqmentlər nümayiş etdirildi. Tədbirdə İmadəddin Nəsiminin həvəskar kiçik rəssamlar tərəfindən kağız üzərinə həkk edilmiş portretləri sərgiləndi.
Foto Qalereya