Qobustan rayon Mərkəzi kitabxanası

Qobustan rayon MKS
Tədbirlər
15 May , 2019
İmadəddin Nəsiminin həyat və yaradıcılığının şagirdlər arasında təbliği məqsədi ilə Qobustan rayon MKS – nin Xilmilli kənd kitabxana filialında tədbir keçirildi. Tədbirdə Xilmilli kənd orta məktəbin şagirdləri iştirak edirdi. Tədbir zamanı filial müdiri Nazim Qələndərov 2019-cu ilin “Nəsimi ili” elan olunması ilə əlaqədar böyük Azərbaycan şair və mütəfəkkiri, Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus yer tutan İmadəddin Nəsiminin həyat və yaradıcılığı haqqında oxuculara geniş məlumat verdi. Orta məktəbin şagirdləri şairin qəzəllərini qiraət etdilər.