Qobustan rayon Mərkəzi kitabxanası

Qobustan rayon MKS
Tədbirlər
24 Fevral , 2020

24 fevral 2020-ci il tarixində Xocalı Soyqırımının 28-ci ildönümü ilə əlaqədar Qobustan rayon Mərkəzi Kitabxananın uşaq şöbəsi Qobustan rayon “XX əsrin faciəsi –Xocalı Soyqırımı” adlı ədəbi kompozisiya təşkil edilmişdir. Tədbir rayon Mədəniyyət Mərkəzində keçirildi. Tədbirdə əsasən 1 saylı məktəbin müəllim və şagirdləri iştirak edirdilər. Tədbiri kitabxançı Mürsəliyeva Mətanət giriş sözü ilə açaraq Xocalı Soyqırım qurbanlarının əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsini istədi. Tədbir iştirakçıları Soyqırım qurbanlarının əziz xatirədi 1 dəqiqəlik sükutla yad etdilər. Tədbirdə çıxış üçün söz 1 saylı məktəbin müəlliməsi Vüsalə Cəbiyevaya verildi. O öz çıxışında Xocalı faciəsinin törədildiyi gecə qoca, qadın, uşaq demədən yüzlərlə Xocalının qətl edildiyini, 8 ailənin tamamilə məhv edildiyini, 1277 sakinin əsir götürüldüyünü qeyd edərək tarixin hələ indiyədək şahidi olmadığı bu müsibətin ancaq insanlığını, mərhəmət hissini itirən vəhşi ermənilər tərəfindən törədildiyini bildirdi. Vüsalə müəllimə çıxışının sonunda Xocalı faciəsini törədənlərin ən ağır cəza ilə cəzalandırılması vaxtının gəlib çatdığını və xalqımızın buna qadir olduğunu xüsusi ilə vurguladı.

Ədəbi kompazisiyada məktəblilər Xocalı Soyqırımına həsr edilmiş qısa səhnəçiklə çıxış etdilər. Tədbirdə həmçinin v ətənpərvər şairlərimizin bu faciəyə həsr etdikləri şerlərdən müxtəlif parçalar səsləndirildi