Qobustan rayon Mərkəzi kitabxanası

Qobustan rayon MKS
Prezident İlham Əliyev
17 Fevral , 2020
17 fevral 2020-ci il tarixdə Qobustan rayon Mərkəzi Kitabxanasının uşaq şöbəsində uşaqlar üçün “Nağıl saatı” keçirilib. Uşaqlar kitabxananın nəzdində fəaliyyət göstərən “Nağıl otağı” ilə tanış olublar. Uşaqlara burada kiyabxana əməkdaşları tərəfindən “Ovçu Qasım” , “ Bala kirpi” , “Sehirli sandıq” nağılları oxunub. Hər bir nağılın sonunda şagirdlərin nağılı daha dərindən dərk etməsi və yadda saxlanılması üçün , buradakı qəhrəmanlar və hadisələr haqqında müzakirələr aparılıb, ilk dəfə eşitdikləri sözlərin mənası onlara aydın şəkildə izah edilib.
Daha sonra uşaqlar nağıl qəhrəmanları barədə fikirlərini bildiriblər. Nağıllar uşaqlarda yaxşı ilə pisi ayırmaq, hadisələri qiymətləndirmək bacarığı formalaşdırır. Tədbiri keçirtməkdə məqsəd uşaqlarda mütaliə vərdişlərini formalaşdırmaq, onların kitaba olan sevgisini artırmaqdır.